Deputatdan Cəmil Həsənliyə TUTARLI CAVAB: "Erməni lobbisinin..."
Bizi izləyin

Nida Təhlil

Deputatdan Cəmil Həsənliyə TUTARLI CAVAB: "Erməni lobbisinin..."

"Milli Şura" adlı qurumun rəhbəri Cəmil Həsənlinin bu günlərdə ABŞ-da keçirdiyi görüşdə çıxışı onun Azərbaycanın əleyhinə çalışan erməni lobbisinin fikirlərindən əsla fərqlənmir. Çünki hər ikisi saxta ittiham və qərəzli açıqlamalarla ölkəmizin durmadan artan nüfuzuna zərbə vurmağa çalışır, Azərbaycana qarşı sanksiyalar tətbiq olunmasına can atır”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib.

Onun sözlərinə görə, Vaşinqtonda Milli Mətbuat Fondunun toplantısında Cəmil Həsənlinin fikri erməni lobbisinin təsirində olduğu şübhə doğurmayan "Amnesty İnternational"ın nümayəndəsi Balsonun sözləri ilə eynidir: “Hər ikisi Azərbaycanda media azadlığının olmadığını iddia edir, qanunsuz yerlərdə keçirilən aksiya cəhdlərinin qarşısının polis tərəfindən alınmasını zorakılıq kimi qələmə verir. Bununla da radikal qüvvələrin xalqa və dövlətə olan düşmən münasibəti bir daha özünü qabarıq şəkildə göstərir.

Xarici və daxili düşmənlərimiz unudur ki, Azərbaycanın beynəlxalq aləmdə sivil bir ölkə kimi inkişafı durmadan artır və bu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm