85 illik gizli PLAN ORTAYA ÇIXDI: ABŞ-ın Suriya oyununun gerçəkləri və İsrailə daşınan MİLYARDLAR
Bizi izləyin

Nida Təhlil

85 illik gizli PLAN ORTAYA ÇIXDI: ABŞ-ın Suriya oyununun gerçəkləri və İsrailə daşınan MİLYARDLAR

Kərkük və Suriya neftinin İsrailin Hayfa limanına daşınmasını təmin edəcək 85 illik plan işə düşüb.

Publika.az
xəbər verir ki, Suriyadan çıxdığını bəyan edən ABŞ-ın daha sonra neftlə zəngin olan Deyrizor və Haseke arasındakı 1850 kilometrlik bölgəyə 800 əsgər yerləşdirməsi bu planın bir hissəsidir. Hazırda Deyrizorda 2 hərbi baza yaradılıb. Bu məqsədlə İraq-Suriya arasındakı Əbu Kamal sərhəd qapısı açılıb. Sərhəd qapısının Əsəd rejiminin nəzarətində olması Rusiyanın da bu plana daxil olduğu ehtimalını artırır.

“Yeni Şəfəq” qəzeti yazır ki, PYD/YPG terror təşkilatını Suriyada neftə gözətçi qoyan ABŞ-ın son həmləsi “İsrail planı” çərçivəsində Əbu Kamal sərhəd qapısını açmaq oldu: “İŞİD-in bölgədə nəzarəti ələ keçirməsindən sonra ötən 5 il ərzində bağlı qalan Əbu Kamal\Əl Qaim sərhəd qapıları “Sülh Çeşməsi” əməliyyatından qısa müddət öncə açıldı. 30 sentyabrda keçirilən açılış mərasiminə İraq tərəfindən Anbar vilayətinin valisi və İraq Sərhəd Qapıları Heyətinin rəhbəri, Suriya tərəfindən isə PYD/YPG terrorçularından qurulan Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyrizor Təhlükəsizlik Komitəsinin rəhbəri, Deyrizor valisi və Suriya Baş Gömrük İdarəsinin rəisi qatılıb. PYD/YPG tərəfi açılışı “Suriya qapısı İraqın Suriya və Aralıq dənizinə açılan pəncərəsidir” sözləri ilə təbrik edib. Əbu Kamal qapısı Deyrizordakı nefti Kərkük nefti ilə birləşdirərək, İsrailə daşınmasını nəzərdə tutan enerji xəritəsi üçün önəmli nöqtədir. Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin nəzarətində olan bu qapının açılması Suriyanın cənub-şərqindəki böyük ittifaqı ortaya çıxarır. Görünür, ABŞ və Rusiyanın bu xəritə ilə bağlı anlaşmasını İran, Əsəd, PYD\YPG və İsrail dəstəkləyir. Proseslər 1934-cü ildə hazırlanan boru xətti marşrutunun həyata keçirilməsi istiqamətində hərəkət etdiklərini göstərir. 85 illik plana görə, Deyrizor nefti PYD/YPG və Əsəd rejiminin nəzarətindəki ərazilərdən keçərək, Əbu Kamal qapısına çatdırılacaq, oradan boru xəttinə vurularaq, Tanf bölgəsindən keçib İordaniya üzərindən İsrailin Hayfa limanına aparılacaq. Kərkük və Deyrizor nefti buradan tankerlərlə Avropaya daşınacaq. İllərlə rəfdə saxlanılan bu planın həyata keçirilməsi üçün müvafiq şəraiti gözləyirdilər. ABŞ-ın əsgərlərini çəkəcəyini deməsinə baxmayaraq, bölgəyə yüzlərlə TIR silah-sursat və canlı qüvvə göndərməsi də buna hesablanıb”.

Qəzet qeyd edir ki, İngiltərə Suriya müharibəsinin ilk günlərindən etibarən Əl Tanf bazasında bu neft marşrutuna gözətçilik edirdi.

“Müharibənin ilk günlərindən etibarən müxalif olaraq göstərilən Əl Tanfda ABŞ və İngiltərənin hərbi bazaları var idi. Heç bir terror təşkilatı, yaxud hərbi birləşmələr müharibənin getdiyi dövrdə bu bölgəyə müdaxilə etməyib. İraq-Suriya sərhədindəki Əl Qaim/Əbu Kamal sərhəd qapısının açılışından sonra Əl Tanf bölgəsinə açılan Ə-Velid sərhəd qapısının da açılacağı gözlənilir”, - deyə qəzet qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm