• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

Radikal müxalifətin Avropadakı mühacir biznesi də çökdü

İllərdir Avropada Azərbaycana qarşı bəzi antimilli qüvvələrin istifadə etdiyi söyüş maşınlarını yaradan qüvvələr bir-bir ifşa olunmağa başlayıb. Belə baxanda radikal müxalifətin saxta mühacir kimliyi ilə Avropaya aldadıb apardığı insanların varlığı çoxdan bəlli idi və bunların Azərbaycandakı bağlantıları da az-çox bilinirdi. Bunlar Avropadakı havadarlarından daha çox qrant almaq uğrunda mübarizə aparan, yeri gələndə bu uğurda bir-birilərinin obyektlərini əllərindən alan, bir-birini agent, satqın adlandıran müxalifət liderindən başqaları deyildi.

Bunu jurnalist Oqtay Hacımusalı deyib. Onun sözlərinə görə, Azərbaycandan aldadıb saxta sənədlə Avropaya apardıqları insanları dözülməz şəraitdə saxlayan, öz qurbanlarına çevirən, lazım gələndə onlardan öz çirkin məqsədləri üçün dövlətimiz əleyhinə istifadə edən həmin bu liderciklər əlaltıları vasitəsi ilə orada əməlli-başlı biznes qurmuşdular:

"Və çox qəribədir ki, qazanacaqları 5000, ya da 10000 avroya görə öz xalqının övladlarını pis vəziyyətə qoyan bu möhtəkirlərin Azərbaycanda, eləcə də Avropada etdikləri canlı yayınlarda ağızlarına çullu dovşan yerləşmirdi. Hər kəlmələrində vətən sevdalısı olduqlarından dəm vuran bu yalançı vətənpərvərlərin maskasını cıran da elə bu siyasi mühacir biznesi oldu. Pul atdıqları insanları intihar həddinə çatdıran, sonra arsız-arsız durub həmin insanların düşdükləri vəziyyətə görə iqtidarı günahlandıran bu siyasi işbazlar indi artıq qanun qarşısında cavab verməyə hazırlaşırlar. Dünən Almaniya polisinin müxtəlif şəhərlərdə keçirdiyi əməliyyatlar nəticəsində həmin şəbəkənin bir çox üzvləri saxlanılıb. İndi söz "biz saxta sənəd vermirik" deyən həmin partiya liderlərinindir. Əgər deməyə sözləri varsa...".

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR