• USD 1,7000 0,00% EUR 1,8991 +0,26%
    • GBP 2,2877 +1,78% RUB 0,0271 +0,74%

Azərbaycanda islahatlara mane olan əsas səbəb budur - Politoloq AÇIQLADI

Azərbaycanda islahatlara mane olan əsas səbəb budur - Politoloq AÇIQLADI

"Cənab prezidentin icra başçılarının təyinatı ilə bağlı son görüşlərindən hiss olunur ki, ən böyük problem, məmur – vətəndaş münasibətidir".

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Prezidentin kadr islahatları və islahatlara mane olan səbəblərdən danışan politoloq bildirib ki, kadr potensialında olan zəifliyin aradan qaldırılması mühüm məsələdir: "Məhz bunun həlli üçün də cənab prezident hər bir icra başçısı təyin olunanda, onları müvafiq şəkildə qəbul edib, öz tövsiyələrini verir. Çünki bütün bu proseslərin başında Azərbaycan vətəndaşının rifahı durur. Məmur-vətəndaş münasibətini tənzimləmək üçün normal kadr potensialına ehtiyac var. Dünya praktikasına baxdıqda da eyni vəziyyəti görürük. Yeni kadrlar xalqın problemlərini çevik şəkildə həll etmək üçün olduqları mövqeyi düzgün dərk etməlidirlər.

Yerlərdəki məmurları təyin edən icra başçıları da öz kadrlarını elə seçməlidirlər ki, həmin kadrlar öz işlərində peşəkar olsunlar. Məhz bu islahatlara mane olan əsas məsələlər də yerlərdəki kadrların müvafiq surətdə, normal surətdə təyin olunmamasıdır. Ona görə də hər bir yeni təyin olunan icra başçısı da özünə uyğun olan kadr potensialından düzgün istifadə etməlidir. Yəni islahatlara mane olan əsas səbəb kadr potensialının düzgün seçilməməsidir.

"İslahatlar hansı istiqamətdə davam edəcək" sualına A.Nağıyevin cavabı belə olub:

"Birinci sosial məsələlər, ikinci artıq o sosial məsələlərlə paralel olaraq qeyri-neft sektorunun, turizmin, logistikanın inkişafı, daşınmaların tənzimlənməsi. Elə etməlidilər ki, Azərbaycanın formalaşdırılan büdcəsi təkcə neft və xammalın ixracından asılı olmasın. Qeyri-neft sektorunun inkişafı həm icra strukturlarının, həm də nazirliklərin qarşısında əsas vəzifə kimi qoyulur".

Məhərrəm Əliyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR