Elçin Əlibəyli rezonans doğuran sözlərindən DANIŞDI: "Burada nə var ki?"
Bizi izləyin

Nida Təhlil

Elçin Əlibəyli rezonans doğuran sözlərindən DANIŞDI: "Burada nə var ki?"

Bir neçə gün əvvəl tanınmış aparıcı Elçin Əlibəylinin “Space TV”də yayımlanan “El bizim, sirr bizim” verilişində işlətdiyi ifadələr cəmiyyətdə rezonans doğurub.

Publika.az xəbər verir ki, Əlibəylinin verilişdən gedəcəyi üçün son sözlərinin olduğu kadrlarda bu ifadələr yer alıb: “Xəbəriniz var kimin vətəninə çevrilmişik? 3 badam, 1 qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Sonda sözümü deyirəm. Bu mənim sizinlə sonuncu görüşümdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün sənətin, peşənin aşağılandığı yerdə olmaram deyə sizinlə, televiziya ilə vidalaşıram".

Mübahisə predmeti olan bu sözlərlə bağlı Publika.az-a açıqlama verən aparıcı həmin sözləri niyə dediyini şərh edib: “Vaqif müəllim deyir ki, o sözlər tutarlıdır, lazımdır. Yəni biz 3 badam, 1 qozun vətəni deyilik. Biz böyük dahilərin, Lütfi Zadənin, Mirzəcanzadənin, Mirzə Cəlilin vətəniyik. Daha böyük dahilərin vətəniyik”.

E.Əlibəyli “3 badam, 1 qoz” ifadəsini hansı mənada işlətdiyinə belə izah verib: “Yerini bilməyənlər, küçədə yolu keçə bilməyənlər, avaralar, həyat tərzi düzgün olmayanlar, bizim əxlaq və qaydalarımıza zidd davrananları nəzərdə tutmuşam. Mən demokratiyanın, liberallığın tərəfdarıyam. Amma, bu, o demək deyil ki, biz fahişə vətəniyik. İstəmirəm ki, mənim vətənimin nüfuzu 3-4 şərəfsiz ucbatından aşağı düşsün. Burada söhbət təkcə müğənnilərdən getmir. Onların içində sənətkarlar da, toy manısları da var”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aparıcı bildirib ki, işlətdiyi ifadələrdə qeyri-etik, təhqiredici heç bir şey yoxdur: “3 badam, 1 qoz” ifadəsi Arif Quliyev tərəfindən tamaşada səsləndirilib. Burada nə var ki? Qoz da bitkidir, badam da bitkidir. Başa düşmürəm, camaat efirdə ayrı yerlərini göstərir. Bu, etik olur, amma “3 badam, 1 qoz” etik olmur? Bu, bizim zərbi-məsəlimizdir.

“Space TV”nin baş direktoru Kamil Şahverdinin kult.az-a verdiyi açıqlamada həmin ifadələrin yer aldığı kadrların efirdə getməməsi fikirlərinə aydınlıq gətirən Əlibəyli bunları deyib: “Kamil müəllimdən icazəsiz heç nə efirə gedə bilməz. O kadrlar da efirə getməyib".

Elçin Əlibəyli bildirib ki, “El bizim, sirr bizim” verilişinin aparıcısı kimi fəaliyyətini davam etdirəcək. Amma bundan sonra yazıçı Səhər Əhmədlə birlikdə çalışacaq.

“Space TV”nin baş direktoru Kamil Şahverdinin məsələ ilə bağlı verdiyi açıqlamadakı fikirlərini dəqiqləşdirmək üçün özü ilə əlaqə saxladıq. Baş direktor saytımıza açıqlamasında bu sözləri dedi: “Həmin kadrlar bizdə efirə getməyib. Gedə də bilməz. Biz belə şeyə icazə vermirik. Veriliş çəkildikdən sonra baxışdan keçirilir və daha sonra efirə buraxılır. Həmin kadrlar çıxarılıb verilişdən”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm