Yüksək vəzifəyə təyin olunan İbrahim Məmmədov: "Etimadı doğrultmağa çalışacağam"
Bizi izləyin

Nida Təhlil

Yüksək vəzifəyə təyin olunan İbrahim Məmmədov: "Etimadı doğrultmağa çalışacağam"

“Mənə göstərilən yüksək etimada görə təşəkkür edirəm!”

Bu fikirləri Publika.az-a açıqlamasında Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunan jurnalist İbrahim Məmmədov qeyd edib.

“Artıq bir aydan çoxdur ki, Prezident İlham Əliyev yeni Baş nazir təyin edib və Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatda dönüş etmək üçün mühüm tapşırıqlar qoyub. Prezidentin dərin islahatlarla bağlı siyasi iradəsini icra etmək məqsədilə Nazirlər Kabinetinə yeni kadrlar cəlb olunub. Yeni iş tempi, fəaliyyət metodları, yeni yanaşmalar tətbiq edilməkdədir. Qarşısında ciddi vəzifələr qoyulmuş və gözləntilərin yüksək olduğu bu komanda ilə işləmək şansı verildiyi üçün çox məmnunam və etimadı doğrultmağa çalışacağam. Bir daha hər kəsə minnətdaram!”, - Məmmədov bildirib.

Jurnalist əvvəlki mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyevə bundan sonrakı işlərində böyük uğurlar arzulayıb və əməkdaşlığına ümid edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm