Nida Təhlil
Ayaz Mütəllibovdan Paşinyana SƏRT SÖZLƏR
“Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin".
Bu sözləri Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib”, - deyə A.Mütəllibov bildirib.
Eks-prezident Paşinyana ölkəsinin problemlərini həll etməyi, xalqların barışması üçün zəmin hazırlamağı və populizmlə məşğul olmamağı tövsiyə edib: “Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə, yuxudan oyananda da mənim adımı sayaqlasın, amma həqiqəti söyləsin. Bir daha təkrar edirəm: Xocalı faciəsi birbaşa Ermənistanın Azərbaycana təcavüzünün nəticəsidir”.
Xatırladaq ki, bir gün əvvəl azərbaycanlı videobloqer Ata Abdullayev Ermənistanın baş naziri Nikol Paşinyanın Milandakı erməni icmasının nümayəndələri ilə görüşündə iştirak edib.
Azərbaycanlı bloqer Ermənistan hökumətinin başçısından soruşub: “Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.
Buna cavab olaraq Nikol Paşinyan bəyan edib ki, Xocalı hadisələrində ermənilər deyil, Azərbaycan müxalifəti günahkardır. Bu zaman Ermənistan hökumətinin başçısı qeyd edib ki, guya bunu Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.(virtualaz)
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi