Birinci vitse-prezidentin Rusiya səfəri mühüm əhəmiyyət kəsb edir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Birinci vitse-prezidentin Rusiya səfəri mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

“Bu səfər bundan sonra da Rusiya-Azərbaycan münasibətlərinin inkişafında vacib rol oynayacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini şərh edən politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, Mehriban Əliyevanın səfərində əsas gözə çarpan məsələlər həm iqtisadi, siyasi, həm də digər məqamlar olub: “Ümumiyyətlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri müsbət dəyərləndirilməlidir. Naməlum əsgər məzarının üzərinə qoyulan o gül-çiçəklə bir növ mesaj verildi ki, Azərbaycan faşizm üzərində qələbəni dəstəkləyir. Ermənistan isə bunun əksinə olaraq həmin o naməlum əsgərləri güllələyən, qətlə yetirən faşizmi dəstəkləyir. Əsas məqamlardan biri budur.

Digər məsələlərə gəldikdə, Azərbaycan və Rusiya arasında çox mühüm strateji əhəmiyyətli partnyorluq səviyyəsində olan müqavilələr var. Bu, həm iqtisadi cəhətdən, həm siyasi tərəfdən, həm də hərbi məsələlər baxımından müsbət bir haldır. Bütün bu aspektlərdən baxanda, səfər müsbət dəyərləndirilir.

Mehriban xanımın Rusiyanın kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə də bu, bir daha öz əksini tapır. Məhz bu münasibətə görə də Mehriban xanım "Dostluq" ordeni ilə təltif olunub. Birinci xanımın görüşlərinə fikir versək, görərik ki, Rusiyanın bir nömrəli şəxsləri ilə - istər prezident, istər baş nazir, istərsə də federasiya rəhbərliyi ilə aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllində açar fiqurlardan biri Rusiyadır”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm