Mehriban Əliyevanın səfəri Azərbaycan-Rusiya əlaqələrinə öz töhfəsini verdi - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Mehriban Əliyevanın səfəri Azərbaycan-Rusiya əlaqələrinə öz töhfəsini verdi - DEPUTAT

“Hesab edirəm ki, bu səfər həm Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı, həm də Birinci vitse-prezidentin özü üçün çox mühüm idi”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elmira Axundova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya rəsmi səfərindən danışarkən deyib.

Deputat bildirib ki, Mehriban xanım tez-tez səfərlərdə olur: “O, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin səlahiyyətli nümayəndəsi qismində çıxış edir, yüksək vəzifəli şəxslərlə görüşlər keçirir. Lakin qeyd etmək istəyirəm ki, onun Birinci vitse-prezident kimi dövlət xadimi qismində dost ölkəyə rəsmi səfəri ilk dəfədir ki, həyata keçirilir. Bu səfər Mehriban Əliyevanın dünya siyasət arenasında təqdimatı qismində çox mühüm oldu. O, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Hərçənd Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir, bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, onu ehtiram və hörmətlə qarşıladılar. Bu, birincisi, ölkələrimizin liderləri İlham Əliyev və Vladimir Putinin əsasını qoyduqları dövlətlərimiz arasında etimadın, əməkdaşlığın, dostluğun yüksək göstəricisidir. İkincisi isə Mehriban Əliyevanın özünün dünyanın siyasi xəritəsində qazandığı nüfuzun mühüm göstəricisidir. Birinci vitse-prezidentin həm Baş Nazir, həm Prezident, həm də Rusiyanın Federasiya Şurasının sədri tərəfindən qəbul edilməsi unikal hadisədir. Düşünürəm ki, heç bir dövlət xadimi həmin vəzifədə bu cür yüksək səviyyəyə layiq görülməyib. Bu səfər göstərdi ki, Azərbaycanın siyasi üfüqündə yeni lider meydana çıxıb və güclü dövlət olan Rusiyanın xadimlərinin də bunu etiraf etməsi olduqca mühümdür. Səfərə gəldikdə, o, özünün zəngin proqramı, dinamizmi, dörd gün ərzində keçirilən tədbirlərin bolluğu ilə seçildi. Səfər rəsmiyyət çərçivəsində həyata keçmədi və Azərbaycan-Rusiya əlaqələrinə öz töhfəsini verdi, gələcək perspektivləri müəyyən etdi. Əlamətdar hadisələrdən biri Moskvada mühüm ikitərəfli görüşlər keçirən ölkəmizin aparıcı nazirlərinin iştirakı ilə təşkil olunan X Azərbaycan-Rusiya Regionlararası Forumu oldu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm