Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi - Musa Qasımlı
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi - Musa Qasımlı

“Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə keçirilən tədbirdə Cənab Prezident İlham Əliyevin nitqi, həm təhsilimizin keçdiyi yola qiymət verilməsi, həm də gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli idi”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, dövlət başçısı universitetin, millətimizin və ölkəmizin həyatında xüsusi rol oynadığını vurğulamaqla bərabər, təhsilimizin inkişaf perspektivlərini və yollarını göstərdi: “Xüsusən müstəqillik illərində ölkəmizin inkişaf yolunun təhlil edilməsi əhəmiyyətli idi. İlk növbədə 1970-ci illərdə istedadlı azərbaycanlı gənclər ən qabaqcıl universitetlərə təhsil almaq üçün göndərilib. Onlar müxtəlif istiqamətlərdə təhsil alaraq Azərbaycana dönüblər. 1970-ci illərdə Azərbaycanda bir neçə ali məktəb yaradılıb. Bundan əlavə xarici ölkələrdən gələrək Azərbaycan ali təhsil məktəblərində təhsil alıblar. 1993-cü ildən sonra isə ümumilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında dövlət vəsaiti hesabına azərbaycanlı gənclər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almağa göndərilib. Bu siyasət indi də cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Cənab Prezidentimizin AXC ilə bağlı söylədiyi fikir tarixi gerçəkliyimizi əks etdirir. Azərbaycan Xalq Cümhuriyyəti çətin bir şəraitdə mövcud olmasına baxmayaraq, Bakı Dövlət Universitetini yaratmaq haqda qərar qəbul etdi və sonrakı dövrlərdə universitet Azərbaycan xalqının elm, təhsil və mədəni həyatında böyük rol oynadı.

1993-cü ildə Azərbaycan ağır ictimai-siyasi, mənəvi-psixoloji və iqtisadi böhran keçirirdi. Hakimiyyətin qanadları arasında ziddiyyətlər var idi. Hakimiyyətlə xalq arasında uçurum yaranmışdı. Hərbi və mülki hakimiyyət arasında didişmə var idi. Bütün bunlar hamısı Ermənistanın hərbi təcavüzünün davam etdiyi vaxtda baş verirdi. Xalqın sabaha ümidi yox idi. Azərbaycan xalqı vətəndaş müharibəsi astanasında idi və xaricdən dəstəklən separatçılıq şimalda və cənubda didib, parçalayırdı. Belə bir şəraitdə Azərbaycan hakimiyyəti xalqın tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdi. Onun Bakıya dəvət olunmasından sonra bu problemlər həll edildi və Azərbaycan dövlətçiliyi xilas edildi”.


Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm