Paşinyan Azərbaycana niyə tez-tez gəlir? - Politoloq SƏBƏBİ AÇDI
Bizi izləyin

Nida Təhlil

Paşinyan Azərbaycana niyə tez-tez gəlir? - Politoloq SƏBƏBİ AÇDI

“Ermənistanın Baş naziri Nikol Paşinyan işğal altındakı torpaqlarımıza tez-tez gəlir, hətta bu səfərlərində ölkəsinin keçmiş rəhbərləri Robert Koçaryanı və Serj Sarkisyanı da üstələyir”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, adıçəkilən sonuncu iki nəfər qarabağlı olsa da, heç bu qədər Dağlıq Qarabağa gəlmirdilər: “Paşinyan bu gəlişlərlə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ separatçılarının mövqeyini nəzərə alır. Əslində isə Qarabağ klanından çəkindiyinə görə tez-tez separatçıların ayağına gedir. Onlara bəhanə vermək istəmir. Paşinyan budəfəki gəlişində Dağlıq Qarabağda “prezidentliyə namizədlərlə” də görüşüb. Bunun da məqsədi aydındır. Paşinyan Dağlıq Qarabağda qüvvələr nisbətinin onun əleyhinə çevrilməsini istəmir və indidən bütün “namizədlərə” mesajlarını şəxsən çatdırır”.

E.Şahinoğlu Paşinyanın Dağlıq Qarabağa gəlişi ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıya gəlişinin üst-üstə düşməsinə də diqqət çəkib: “Lavrov İrəvandakı açıqlamasında Dağlıq Qarabağın da maraqlarının nəzərə alınmasının vacibliyini bildirmiş və bununla İrəvanın və separatçıların istəyini səsləndirmişdi. Paşinyan Xankəndində ikən Lavrovun siyasətinə uyğun hərəkət etdiyini biruzə verir. O ki qaldı, Lavrovun Bakıdakı görüşlərinə və verəcəyi açıqlamalarına, çox güman ki, Rusiyanın Xarici işlər naziri İrəvanda dediyini bir az korrektə etmək məcburiyyətində qalacaq ki, Azərbaycanla körpüləri tamamən yandırmasın. Digər tərəfdən Lavrov İrəvanda imzaladığının eynisini Bakıda imzalayacaq, Rusiya və Azərbaycan XİN-lərinin 2020-ci il üçün əməkdaşlıq konturları müəyyələşdiriləcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm