• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

“Milli Məclisin buraxılma qərarını...” - DEPUTAT

“Milli Məclisin buraxılma qərarını...” - DEPUTAT

“Milli Məclisdə təmsil olunan millət vəkilləri ictimaiyyətin daha çox etimad etdikləri şəxslər olmalıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Milli Məclisin buraxılma qərarını çox yüksək qiymətləndirir: “Ölkəmizin həyatında Cənab Prezidentin rəhbərliyi altında aparılan islahatlar bütün sferaları əhatə edib. O cümlədən İcra Hakimiyyətində və Məhkəmə-Hüquq Şurasında islahatlar həyata keçirilir. Milli Məclis bu islahatlar meydanından kənarda qala bilməzdi. Milli Məclisdə yeniliyə, islahatlara adekvat cavab verə biləcək bir qanunvericilik orqanının yaradılmasına ehtiyac duyulur. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Siyasi Şurası Milli Məclisdə çoxluq təşkil edən partiyanın deputatlarına Parlamentin buraxılması ilə bağlı təklif göndərdi. Partiyamızın deputatları bu təklifi yüksək qiymətləndirdilər. Milli Məclisə müraciət olundu, bu məsələ gündəmə gətirildi və bugünkü iclasda demək olar ki, böyük səs çoxluğu ilə, yekdilliklə yeni parlamentin seçilməsinə razılıq verdilər və Prezidentə parlamentin buraxılması ilə bağlı müraciət göndərildi.

Mən bu qərarı çox təbii qarşıladım. Çünki Milli Məclisdə islahatlar aparılmalıdır. Milli Məclisin buraxılması ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qiymətləndirilir. Milli Məclis seçkili orqan olduğuna görə keçiriləcək növbədənkənar seçkilərdə insanların bu islahatlar prosesinin ruhuna uyğun yeni millət vəkillərinin seçilməsinə etimad göstəriləcək. Yəni bu da ölkəmizin inkişafını sürətləndirəcək, müstəqilliyini daha da möhkəmləndirəcək və Azərbaycanın daha da güclü ölkəyə çevrilməsində Milli Məclisin bir töhfəsi olacaq. Parlamentin yenilənməsi yeni ruh gətirəcək. Parlamentin bəzi üzvləri haqqında səsləndirilən fikirlərə son qoyulacaq və ictimaiyyətin daha da ümidlə baxdığı ali qanunvericilik orqanına çevriləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR