“Heydər Əliyev hakimiyyətə gəlişin sivil nümunəsini ortaya qoydu” - Deputat
Bizi izləyin

Nida Təhlil

“Heydər Əliyev hakimiyyətə gəlişin sivil nümunəsini ortaya qoydu” - Deputat

“Hesab edirəm ki, Milli Məclisin buraxılması ilə bağlı Yeni Azərbaycan Partiyasının parlamentdə olan deputat korpusunun Cənab Prezidentə müraciəti çox müsbət bir addımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, məqsəd sadəcə ölkədə Cənab Prezidentin başladığı genişlənən, dərinləşən islahatların inkişaf etməyi və yeni bir mərhələyə daxil olmağıdır: “Məsələ ondadır ki, ölkəmizdə çox ciddi islahatlar prosesi həyata keçirilir. Bu islahatlar prosesinin müəllifi ölkə prezidenti İlham Əliyevdir. İslahatlar hərtərəflidir, sistemlidir. Bütün sferaları əhatə edir. Belə olan vəziyyətdə təbii ki, o, qanunverici hakimiyyəti əhatə etməlidir. Çünki islahatların hüquqi normativ formalaşmasında parlamentin həlledici rolu var. Bu nöqteyi-nəzərdən hakim partiyanın belə bir qərara gəlməsi və analoji addım atması tamamilə düzgündür. Bununla da Yeni Azərbaycan Partiyası əslində bir siyasi mədəniyyət nümunəsi ortaya qoydu. Yadınızdadırsa 21 noyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən onu hakimiyyətdə olan Xalq Cəbhəsi-Müsavat cütlüyünün yarıtmaz siyasətinə qarşı müxalif partiyası kimi formalaşdırdı. Xalq da o rejimə qarşı müxalifətdə idi. Eyni zamanda Heydər Əliyev hakimiyyətə gəlişin sivil nümunəsini ortaya qoydu. Seçkilər yolu ilə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi. Bundan əvvəlki Xalq Cəbhəsi-Müsavat cütlüyü isə hakimiyyəti zəbt etmişdi. Yenə də hakim partiya 27 ildən sonra növbəti siyasi mədəniyyət ortaya qoydu. Hakim partiyaların deputatları könüllü şəkildə öz mandatından imtina etdi. Hər bir Azərbaycan vətəndaşı bunun faydasını üzərində hiss etməlidir. Konstitusiyamızın 12-ci maddəsində qeyd olunur ki, vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi, ləyaqətli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlətin ali məqsədindən çıxış edərək hakimiyyətin qanadı, həm icra hakimiyyəti, həm məhkəmə hakimiyyəti və eyni zamanda qanunverici hakimiyyət məhz bu məqsədə xidmət edəcək addımlar atmalıdır. Bu addımlar isə ilk növbədə islahatlardan keçir.

İslahatlar nədir? Bu sualın ən gözəl cavabını Cənab Prezident İlham Əliyev verib. İslahatlar təkamül deməkdir. İslahatlar yeni dövrə uyğunlaşmaq, tərəqqi deməkdir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası bu məntiqə söykənərək parlamentarizmin təkamülü, yeni şəraitə, yeni reallıqlara uyğunlaşması və tərəqqisi naminə bu addımı atıb. Hesab edirəm ki, bu, çox mühüm addımdır. Dünya praktikasında da bunun çoxsaylı nümunələri var. Yeri gəlmişkən söyləyim ki, Böyük Britaniya parlamentində növbədənkənar seçkilər keçiriləcək. 2019-cu ildə İspaniyada 2 dəfə növbədənkənar seçkilər keçirilib. 2015-ci ildən 2019-cu ilə qədər isə İspaniyada 4 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. Bütün bunlar ona dəlalət edir ki, yeni atılan addımda başqa məna axtarmaq lazım deyil. Müasirləşən, yeniləşən Azərbaycana müasir parlament də lazımdır”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm