"Parlamentdə dinamika və peşəkarlıq hökm sürəcək" - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Parlamentdə dinamika və peşəkarlıq hökm sürəcək" - ŞƏRH

"Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciətinin məqsədi çevik idarəetmə aparatının yaradılması, idarəetmənin daha səmərəli və əlverişli olmasını təmin etməkdən ibarətdir".

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, ölkədə ciddi dəyişikliklər, islahatlar prosesi həyata keçirilir. Bu nöqteyi-nəzərdən islahatlar həm də idarəetmə sisteminə yeni ruh verir: "İslahatlar gənclərin, orta nəslin nümayəndələrinin timsalında yeni yanaşma tərzi gətirməlidir. Qarşıya qoyulan məqsədlər konseptual planda əsaslandırılıbsa və ardıcıllıqla həyata keçirilərsə, bu, ölkənin həyatında inkişaf rolunu oynaya bilər. Parlamentin buraxılması bu kontesktdə həll edilir. Hakimiyyətin bütün qollarında islahatlar keçirilir. Prezident Aparatında və Nazirlər Kabinetində olan islahatları nümunə deyə bilərik. Mövcud vəziyyətdə hakimiyyətin digər qolu olan qanunvericilik aparatında gedən islahatlar da əsas mövzudur. Güman edirəm ki, bu islahatların həyata keçirilməsi hakimiyyətin digər qolu olan qanunvericilik qolunun da səliqə-sahmana salınmasına, onun peşəkar və dinamik inkişafına səbəb biləcək.

Siyasi, həyati təcrübəyə malik, kifayət qədər yüksək təhsil almış, dünyagörüşlü vətənpərvər insanların parlamentə gətirilməsi arzu etdiyimiz keyfiyyət dəyişikliyinin baş tutmasına gətirib çıxara bilər. Köhnə qaydalar davam edəcəksə, arzuladığımız parlamenti görə bilməyəcəyik".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm