“Parlamentin demokratik ab-havası artacaq” - Vahid Əhmədov
Bizi izləyin

Nida Təhlil

“Parlamentin demokratik ab-havası artacaq” - Vahid Əhmədov

“İstəyərdim ki, Milli Məclis daha fəal, əhali arasında hörməti olan, vətəndaşların sosial vəziyyətini öyrənən və müəyyən qədər də gənc kadrlardan ibarət olsun”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Deputat bildirib ki, hakimiyyətin bütün qollarında dəyişikliklər gedirsə, parlamentdə də bu dəyişikliklər getməlidir: “Milli Məclisin buraxılması ilə bağlıq qərar gözlənilən idi. Cənab Prezident Konstitusiya Məhkəməsinə müraciət etdi və onun konstitusiyaya uyğunluğu bir daha təsdiq olundu. Ona görə də İlham Əliyevin fərmanı olacaq və yəqin ki, parlamentlə bağlı seçkilərin vaxtı müəyyən ediləcək. Mən ümumiyyətlə bu qərarı müsbət qiymətləndirirəm. Gəncləşməyə ehtiyac böyükdür. Ancaq kifayət qədər təcrübəli, savadlı, siyasəti bilən insanların da məclisdə olmasının tərəfdarıyam”.

Vahid Əhmədov Azərbaycanda çox ciddi kadr, struktur və digər islahatların həyata keçirildiyini qeyd edib: “Bu islahatlar bundan sonra da davam etdiriləcək. Prezident aparatında struktur islahatları, nazirliklərdə kadr və struktur islahatları gedir. Bu yerli İcra Hakimiyyəti orqanlarına da aiddir. Ümumiyyətlə ciddi dönüş və korrupsiyanın aradan qaldırılması ilə bağlı müəyyən çağırışlar var. Buna görə də parlament islahatlardan kənarda qala bilməzdi. Mənə elə gəlir ki, parlamentin yenilənməyi gəncləşmə siyasətini biruzə verəcək. Yəni gənc kadrlar seçiləcək. Kifayət qədər siyasətdən anlayışı olan şəxslər parlamentə seçiləcək və ümumiyyətlə parlamentin demokratik ab-havası genişlənəcək”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm