• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Yeni parlament islahatların daha effektli şəkildə keçirilməsinə imkan verəcək - ŞƏRH

Yeni parlament islahatların daha effektli şəkildə keçirilməsinə imkan verəcək - ŞƏRH

"Milli Məclisin buraxılması ilə bağlı qəbul edilən qərar mərhələli şəkildə öz həllini tapıb və hüquqa uyğun prosesdir".

Bu fikirləri Publika.az-a açıqlamasında sabiq diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" imzaladığı sərəncama münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, ölkədə geniş islahatların keçirilməsinə şərait yaradılır, imkanlar verilir: "Xüsusilə kadr islahatları, iqtisadi-sosial sahədə görülən tədbirlərin mühüm tərkib hissəsidir. Düşünürəm ki, yeni parlamentdə yeni simalar, gənc təbəqənin nümayəndələri təcrübəli insanlarla birlikdə vahid sintez şəklində tərkib yaradacaq. Bu da islahatların daha effektli şəkildə keçirilməsinə tam imkan verəcək. Bu məsələlərdə parlamentin böyük rolu var. Çünki qanunverici fəaliyyətlə məşğul olmalıdır. Yeni qanunlar inkişafımıza uyğun, maraqlarımıza cavab verən şəkildə qəbul olunmalıdır. Bu yolda belə bir prosesin getməsi Azərbaycanın inkişafına və maraqlarına cavab verir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR