Xarici təşkilatlar Azərbaycanda aparılan islahatları qəbul edir - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Xarici təşkilatlar Azərbaycanda aparılan islahatları qəbul edir - POLİTOLOQ

“Azərbaycanda təzminatlar hətta sığortası olmayan vətəndaşlara da ödənilir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın apardığı islahatlara dünya təşkilatları tərəfindən verilən qiyməti təhlil edərkən politoloq İlqar Vəlizadə deyib.



İlqar Vəlizadə reytinqləri təqdim edən mütəxəssislərin siyahını müəyyən kriteriyalar əsasında hazırladığını və bu kriteriyaların Azərbaycanın digər ölkələrdən üstünlüyə malik olduğunu göstərdiyini qeyd edib: “Əslində, hər şey müqayisədə bilinir. Digər ölkələrə nəzər saldıqda, ilk növbədə iqtisadi proseslərin mürəkkəbliyinə və bu proseslərin cəmiyyətə təsirindən danışmalıyıq. Son bir il ərzində Azərbaycanda sosial-iqtisadi göstəricilər xeyli yaxşılaşıb”.

Politoloqun fikrincə, Azərbaycanın real gəlirləri əvvəlki illərə nisbətən xeyli artıb: “Xüsusilə dövlət qulluğunda işləyən işçilər bura aiddir. Onların sayı bir milyondan artıqdır. Bu gəlirlər təhsil, rabitə, səhiyyə sisteminə və bu sahələrdə çalışanların ailə üzvlərinə təsir göstərir. Həssas təbəqələrdən olan əlillərin təzminatları artıb. İnkişaf etmiş ölkələrdə hər hansısa təbii fəlakət baş verirsə, yaxud da yanğın olursa, sığortası olmayan insanların təzminatı ödənilmir. Şamaxıda zəlzələ baş verdikdən sonra sığortası olmayan insanlara da evlər tikildi. Eyni zamanda məcburi köçkünlərə minlərlə evlər tikilib. Bunlar hamısı şərtdir. Bu şərtlərə nəzər salsaq, Azərbaycan digər ölkələrdən fərqlənir. Sosial-iqtisadi proseslərin keyfiyyətinə gəldikdə, ilk növbədə biznesin şəffaflığı ön plana keçir. Ümumi götürəndə bu göstəricilər onu göstərir ki, aparılan islahatları xarici təşkilatlar qəbul edir və öz qərarlarında qeydlər aparır”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm