Azərbaycanı qarşıda yeni perspektivlər gözləyir - Hikmət Babaoğlu
Bizi izləyin

Nida Təhlil

Azərbaycanı qarşıda yeni perspektivlər gözləyir - Hikmət Babaoğlu

Bu, hələ son hədd deyil. Azərbaycanda həyata keçirilən islahatlar ölkəni daha da güclü edir və önümüzdəki illərdə bizi yeni perspektivlər gözləyir.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Azərbaycanın ən güclü dövlətlər sırasında yer almasından danışan millət vəkili sözlərinə belə davam edib: “Azərbaycanın “U. S. News & World Report” jurnalının açıqladığı siyahıda yer tutması heç də təsadüfi hal deyil, bu günə qədər həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bu göstərici ölkə iqtisadiyyatının inkişafının göstəricisidir. Eyni zamanda Azərbaycanın çoxsaylı qlobal və regional media layihələrinin həyata keçirilməsi ilə bağlıdır. Hesabatda göründüyü kimi bir neçə kriteriya üzrə güc göstəriciləri müəyyənləşdirilib ki, bu göstəricilər içərisində xüsusilə iqtisadiyyatın gücü Azərbaycanı qüdrətli etdi. Siyasi proseslərə təsir, xüsusi milli maraqlara söykənən diplomatiya strategiyası ətrafımızda çoxsaylı tərəfdaşlar toplusu yarada bilib ki, bu da ölkənin beynəlxalq münasibətlərdə nüfuz dairəsini xeyli genişləndirib. Bu prosesdə 45-ci yerdə bərqərar olmaq gözlənilən və proqnozlaşdırılan idi. Hələ 2011-ci ildə Azərbaycan dünyanın 155 ölkəsinin səsini almaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və təşkilata rəhbərlik etmişdi. Bu, sadə göstərici deyildi. Bu il 120 ölkədən 119-nun səsini alan Azərbaycan qoşulma hərəkatına rəhbərlik etmək haqqını qazanaraq bununla da ikinci ən böyük təşkilata rəhbərlik hüququ əldə etdi. Bunlar hamısı həmin qiymətləndirmə kriteriyasında öz əksini tapan siyasi proseslərə təsir göstəricisidir”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm