Respublikaçılar Trampa gözlənilməz zərbə vura bilər - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Respublikaçılar Trampa gözlənilməz zərbə vura bilər - ŞƏRH

İmpiçment təbii ki, Trampın seçkiqabağı fəaliyyətinə təsir edəcək. Çünki Respublikaçılar Partiyası Demokratlarla yarışda digər namizədə üstünlük verə bilər.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

İmpiçmentin elan edilməsindən danışan politoloq sözlərinə belə davam edib: “Donald Tramp ABŞ-da prezident seçkilərindən sonra gündəmdə olan əsas şəxsdir. Demokratlar Partiyası ona nəyin bahasına olursa-olsun impiçment vermək üçün əllərindən gələni edirdilər. Onlar istənilən yolla Trampa qalib gəlmək istəyirlər. Bu gün qlobal qruplar arasında mübarizə gedir və Tramp da bu mübarizənin qurbanı ola bilər. Bunu hər halda zaman göstərəcək. Hələlik impiçment Nümayəndələr Palatasında qəbul edilib. Onun qəbul edilməsindən əvvəl Tramp mühüm tvit paylaşıb. O, yüz il sonrakı amerikalılara səslənərək, emosional şəkildə impiçment məsələsinə toxunub. Nümayəndələr Palatasında son vəziyyət belədir ki, Senat da impiçmenti qəbul etməlidir. Amma Senatda Respublikaçılar çoxluq təşkil edir. Bu da onu göstərir ki, Trampa qarşı impiçment gözlənilmir. Ola bilsin ki, Tramp Respublikaçılar Partiyasındakı dırnaqarası liderliyinə davam edə biləcək. Hər bir halda bu prosedur göstərdi ki, prezidentə qarşı impiçmentlik əsasən ABŞ-da tətbiq olunur və burada prezident institutu parlament institutundan dəfələrlə zəifdir. Onların arasında qarşılıqlı təsir mexanizmi mövcuddur”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm