Paşinyan Bakıya işləyir: erməni generalın Qarabağda İrəvana qarşı PLANI
Bizi izləyin

Nida Təhlil

Paşinyan Bakıya işləyir: erməni generalın Qarabağda İrəvana qarşı PLANI

Ermənistanda “Qarabağ klanı” ilə baş nazir Nikol Paşinyan arasında mübarizə qızışıb.

Publika.az
xəbər verir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri, gələn il separatçı rejimə keçirilən “prezident seçkiləri”ndə “Qarabağ klanı”nın əsas “namizədi” Vitali Balasanyan Paşinyanı Bakının xeyrinə işləməkdə ittiham edib.

“Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə yanaşması faktiki olaraq, Azərbaycanın milli və dövlət maraqlarına xidmət edir”, - Balasanyan deyib.

Onun bu açıqlamasından sonra Paşinyana yaxın media və ekspert şəbəkəsi hücuma keçib.

Ekspert Styopa Safaryan Balasanyanı Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlərdən xəbərsiz olmaqda ittiham edib.

“Qarabağda “prezident” postuna iddia edən Balasanyanın bunlardan xəbərsiz olması onun səviyyəsini göstərir. Əgər o müharibə meydanında özünü göstərə bilirsə, diplomatiya dalaşmaq deyil. Məncə o, keçmiş hakimiyyətlə sinxron hərəkət edir”, - o bildirib.

Safaryan hesab edir ki, Balasanyan Qarabağda “prezident” olarsa, onda Ermənistana qarşı müharibə elan edəcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm