Yüksək vəzifəli bu məmurlar da HƏBS OLUNACAQ - SENSASİON ANONS
Bizi izləyin

Nida Təhlil

Yüksək vəzifəli bu məmurlar da HƏBS OLUNACAQ - SENSASİON ANONS

“Ölkə başçısının islahatlarla bağlı verdiyi qərar necə cəmiyyət, xalq tərəfindən təqdir olunur, alqışlanırsa, mən də hər zaman toplumun içində olan bir insan kimi bundan sevinc və qürur duyuram. Çünki hər zaman söyləmişəm ki, ən təhlükəlisi dövlətsizlikdir. Biz bunu Suriyada, İraqda görürük”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində həbs edilməsinə münsibət bildirən şərqüşnas qeyd edib ki, Azərbaycan dövlətinin bütövlüyü, mühafizəsi hər kəsin vicdan məsələsi olmalıdır: “Bu baxımdan, prezidentin etimadından sui-istifadə edən, azərbaycanlıların mənafeyinə xidmət üçün təyin etdiyi məmurların cəzalandırılması prosesi davam edəcək. Azərbaycan Prezidenti “mən xalqıma xidmət yolundayam” söyləyir və təyin etdiyi hər bir icra başçısına xatırladır ki, onlar xalqa xidmət üçün bu vəzifəyə gətirilirlər. İnsanlarda bir fikir formalaşırdı ki, bəzi rayonların icra başçılarına toxunulmur. Yerlərdə hələ də mövcud hakimiyyətdən, dövlətdən xalqı narazı salan icra başçıları var. Düşünürəm ki, bu prosesə onlar da qoşulacaqlar. Bu məsələdə Prezidentin apardığı kadr islahatları ilə bağlı, hətta bu təmizlənmə əməliyyatına çevik şəkildə qoşulduğu üçün Dövlət Təhlükəsizlik Xidmətinəı xüsusi təşəkkür düşür. Çünki ölkə başçısının etimadını doğrultmayan, hakimiyyətlə, dövlətlə yerli əhali arasında narazılıq yaradan məmurların zərərsizləşdirilməsi Azərbaycan xalqının və dövlətinin özünün uğurudur. Düşünürəm ki, bu, çox ciddi bir siqnal və dərsdir. Yəqin ki, bu dərsdən nəticə çıxarmayanlar ifşa olunacaqlar, tutulacaqlar”.

Seyid Camal Əzimbəyli ehtimal edir ki, buna oxşar hadisələrin yenə şahidi olacağıq: “Bundan da məmnun olan təbii ki, ilk növbədə, xalqımız olacaq. Ona görə ki, biriləri illərlə xalqın deyil, şəxsi mənafelərinə xidmət ediblər. Cənab prezident ötən gün müşavirədə söylədi ki, onlar kasıb təbəqə üçün ayrılan dövlət büdcəsini talan ediblər. Hətta şəhid ailələrinin, şəhid övladlarının haqqına girirlər, onlar üçün dövlətin ayırdığı vəsaiti mənimsəyirlər. Bu nə Allah qarşısında qəbul olunur, nə də vicdana sığır. Odur ki, şəhid haqqına, qul haqqına girəni Allahın bağışlamadığı kimi, Prezidentimiz də bağışlamır. Mən açıq söyləyirəm ki, bu dövlət büdcəsini talan edən, harama əl atan, rüşvətə bulaşmış – fərq etməz, yerlərdə və ya elə paytaxtdakı – məmurların cəzalandırılması prosesi uğurla davam edəcək. Bizlər də - xalqın içində olan, onların sözünü deyən, onların etimadını qazanan iman, düşüncə adamı kimi bu məsələlərdə sonuna qədər cənab Prezidentin dəstəkçisiyik. Mən proqnoz vermirəm. Sadəcə mənəviyyat adamı kimi, Azərbaycanın bütövlüyü üçün dua edən, gündə onlarla qazi, şəhid ailəsinin nümayəndələri ilə təmasda olan şəxs kimi qul haqqına girən, milli mənafeyimizə qəsd edən insanların cəzalandırılması prosesinin şahidi olacağımızı deyirəm”.

Qeyd edək ki, Qarabağ Seyid Ocaqlarının rəhbəri hələ 5 noyabr tarixində Publika.az-a açıqlamasında bildirmişdi ki, bəzi məmurlar və icra başçıları prezidentin apardığı islahatlardan təşvişə düşüb və qorxu içindədirlər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Məndə olan dəqiq informasiyaya görə, bəzi məmurlar artıq cənab prezidentin sərt çıxışlarından və xəbərdarlıqlarından sonra öz gündəliklərində - bu sözü cəsarətlə deyirəm - tələm-tələsik düzəlişlər və əlavələr etməyə başlayıblar. Əvvəl təkcə cümə günləri vətəndaşları qəbul saatları elan olunurdusa, indi hər gün bu proses aparılır. Düşünürəm, bu cür islahatların aparılması və cənab prezidentin açıq şəkildə bəzi məmurlara xəbərdarlıqları göstərir ki, Azərbaycanın milli maraqları üçün məmur və xalq arasındakı münasibətlərin daha da səmimiləşməsi və dərinləşməsinin şahidi ola biləcəyik. Çünki dövlətin mənbəyi xalqdır. Əgər prezident özü söyləyirsə ki, xalqa xidmət edirəm, hər bir vətəndaşın prezidentiyəm, o zaman onun təyin etdiyi məmurlar da prezidentdən dərs almalıdır. Günlərlə, aylarla bəzi məmurların, xüsusilə, bir çox icra başçısının qapısının ağzında növbəyə dayanan vətəndaşlar arasında narazılıqlar var idi. Xüsusilə bölgələrimizdə. Heç şübhəsiz ki, bu narazılıqlar hakimiyyətin əleyhinə çevrilirdi. Bəzi icra başçıları prezidentin tapşırıqlarından sonra təşvişə düşərək artıq bir deyil, bir neçə köməkçisini bu işə cəlb edib”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm