Nida Təhlil
Ənənəvi sahələrin dirçəlməsi dinamik hal alıb - MİLLƏT VƏKİLİ
“Azərbaycanın müstəqilliyinin ilk illərində rəhbərlikdə olan AXCP-Müsavat cütlüyünün şəxsi maraqlarını üstün tutması, pambıqçılıq, üzümçülük və digər ənənəvi sahələri məhv etmişdi”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, son üç ilin göstəriciləri onu deməyə imkan verir ki, Azərbaycanda pambıq istehsalı ilə bağlı əvvəlki imic özünə qayıtmaq üzrədir: “Ölkə başçısının şaxələndirilmiş iqtisadi siyasəti, ənənəvi sahələrin yenidən dirçəlməsini şərtləndirdi. Hər bir sahə üzrə dövlət proqramları qəbul olunub. O cümlədən pambıqçılığın inkişafı ilə bağlı. 2019-cu ilin yekun göstəricilərinə əsasən, ölkə üzrə istehsal olunan pambığın həcmi hər hektardan 29.4 sentnerə çatıb. Yəni, Sovet vaxtlarında da ən yüksək göstərici 3 il ərzində olmuşdu və bu, 30 sentnerdən bir az artıq idi. Son 3 il ərzində pambıq sahələrinin həcmində azalma olmasına baxmayaraq, məhsuldarlıq yuxarı səviyyəyə qalxıb. Məhsulun becərilməsi üçün səmərəli torpaqlar öyrənilir. Müasir texnologiyanın tətbiqi ilə bu sahə inkişaf edir. Cənab Prezident müşavirədə çox düzgün olaraq tapşırıqlar verdi ki, bölgə üzrə pambıq becərən fermerlərə dövlət dəstəyi artırılsın, güzəştli kreditlər verilsin. Pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların tətbiqi ölkə üzrə daha da genişləndirilsin”.
Millət vəkili qeyd edib ki, 2020-ci ildə müasir texnologiyalarla əkiləcək pambıqdan daha yüksək göstəricilər əldə ediləcək: “Pambıq becərilən 20 rayonu ayrı-ayrılıqda ölkə başçısı təhlil edir. 7 rayonda 30 sentnerdən yuxarı, 3 rayonda isə 14 sentner məhsul əldə edilib. 14 sentner məhsul yığılan 3 rayonun icra başçısına konkret tapşırıqlar verildi. Prezident məhsuldarlığın aşağı olmasının səbəbinin araşdırılmasını və 2020-ci ildə bu rayonların yüksək nəticələr qazanması üçün tədbirlər görülməsini tapşırdı”.
A.Badamov pambıqçılığın inkişafının Azərbaycana əlavə valyuta gətirəcəyini vurğulayıb: “Bu gün istehsal edilən pambığın 70%-i ixrac edilir. Məqsəd isə gələcəkdə yeni fabriklərin istifadəyə verilməsi ilə istehsalın daha da artırılmasıdır. Bundan əlavə, ölkə başçısı müşavirədə digər sahələrin inkişafına da toxundu. Məsələn, baramaçılıqdan əldə edilən məhsuldarlıq 3-4 il bundan qabaq 242 kq olduğu halda, 2019-cu il üzrə göstərici 650 ton təşkil edir. Fındıq istehsalı da artaraq qeyri-neft məhsulları sırasında lider mövqedə dayanıb. Ənənəvi sahələrin dirçəldilməsi istiqamətində aparılan dövlət siyasəti məqsədyönlüdür və iqtisadiyyatın daha da inkişaf etməsini təmin edəcək”.
Məhərrəm Əliyev
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?