Prezidentimizin çıxışı onlara dərs olmalıdır - Musa Qasımlı
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin çıxışı onlara dərs olmalıdır - Musa Qasımlı

“Cənab Prezidentin müşavirədəki çıxışı bütün icra strukturunda çalışanlara bir dərs olmalıdır, onlar nəticə çıxarmalıdırlar”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, dünənki müşavirə bir daha təsdiq etdi ki, Prezidentin yürütdüyü siyasətin başlıca istiqamətlərindən biri qeyri-neft sektorunun, xüsusən, kənd təsərrüfatının inkişafıdır: “Müşavirəni diqqətlə dinlədim. Qeyri-neft sektorunda pambıqçılığın xüsusi yeri var. Çünki Azərbaycanda ənənəvi olaraq pambıqçılıq inkişaf edirdi. Dövlətimiz kənd təsərrüfatına, pambıqçılığa subsidiyalar ayırır. Müvafiq texnika ilə təmin edir. İldən-ilə ölkədə pambıq istehsalının artması bunu göstərir. Kənd təsərrüfatının inkişafı yerlərdə işlə təmin olunmağa kömək edir. Bu isə öz növbəsində əhalinin həyat şəraitinin yaxşılaşmasına kömək edir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm