Bu, Azərbaycan mətbuatının nüfuzunu və məsuliyyətini artıran addımdır - Rəşad Məcid
Bizi izləyin

Nida Təhlil

Bu, Azərbaycan mətbuatının nüfuzunu və məsuliyyətini artıran addımdır - Rəşad Məcid

“Prezidentin doğum günü ərəfəsində yerli jurnalistlərə müsahibəsi təqdirəlayiq idi və böyük maraqla qarşılandı”.

Bu sözləri Publika.az-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verməsi haqqında danışan baş redaktor bildirib ki, bu müsahibə Azərbaycan mətbuatının nüfuzunu və məsuliyyətini artıran addımdır: “Mənim yadımdadır ki, təxminən, 10 il əvvəl İstanbulda bir beynəlxalq konfransda Azərbaycanın bir neçə jurnalistinə də müsahibə vermişdi. Bu müsahibədə ölkə ictimaiyyətini maraqlandıran demək olar ki, bütün məsələlər barədə suallara Prezidentin ətraflı cavablarının şahidi olduq. Prezidentin ayrı-ayrı vaxtlarda tezis kimi səsləndirdiyi fikirləri bu dəfə tam dolğunluğu ilə dinlədik. Müsahibənin formatı və vaxt genişliyi imkan verdi ki, bütün məsələlər barədə Prezidentin mövqeyi ilə ictimaiyyət ətraflı tanış olsun. Əminəm ki, yaxın aylarda mətbuatımız Prezidentin bu müsahibədə səsləndirdiyi fikirlərin təhlilinə geniş yer ayıracaq. Belə müsahibələrin ənənəyə çevrilməsi müsbət tendensiya olmaqla yanaşı, ölkə mətbuatının nüfuz və məsuliyyətinin artmasına da şərait yaradacaq".

Rəşad Məcid emid edir ki, belə müsahibələr davamlı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm