Prezidentin istədiyi odur ki... - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Prezidentin istədiyi odur ki... - POLİTOLOQ

“Prezident ölkədə yeridilən siyasətin məğzini açıb bildirdi ki, bu siyasət ölkənin yenilənməsinə, ölkənin demokratikləşməsinə, insan haqlarının genişləndirilməsinə yönəlmiş bir siyasətdir”.

Bu sözləri Publika.az-a ölkə başçısının yerli jurnalistlərə verdiyi müsahibəni təhlil edərkən politoloq Qabil Hüseynli deyib.



Qabil Hüseynlinin fikrincə, son vaxtlar ölkə Prezidenti ictimaiyyəti məlumatlandırmaqda müxtəlif metodlardan istifadə edir: “Artıq bu metodlardan biri də ölkənin yerli jurnalist heyətini qəbul etməsi, ölkədə baş verən proseslərə, kadr islahatlarına, parlament seçkiləri ilə bağlı onları ətraflı məlumatlandırmasıdır. Bu siyasət əsasında ölkə rəhbərliyinin siyasi iradəsi dayanır. Onlar istəyirlər ki, korrupsiyaya qarşı mübarizə aparılsın, məmur özbaşınalığına son qoyulsun. Nəticə etibarilə ölkədə şəffaf, dinamik bir idarəçilik sistemi bərqərar olsun. Zənnimcə, Prezidentin bu fikri son dövrdə bir neçə icra başçısının həbsi ilə bağlı məsələlərə münasibətdə də tətbiq olunur”.

Politoloqun bildirib ki, aparılan kadr islahatları bundan sonra da davam etdiriləcək: “Prezident həmçinin parlament seçkilərinə də ehtiyatlı münasibət bildirərək söylədi ki, parlamentin icra orqanına aidiyyəti yoxdur. hakimiyyətin icra orqanlarından fərqli olan qoludur və O, parlamentin işinə çox da qarışmaq istəmir. Amma hər halda yeni heyətin seçicilərlə çox fəal işləməsini istəyir. Çünki, buraxılan parlamentin deputatlarının çoxu fəal deyildi və onu seçən insanlarla az halda ünsiyyətdə olurdular. Yeni seçiləcək parlament üzvlərinə Prezident daha fəal olmağı və seçiciləri ilə daim əlaqə saxlayıb, onların dərdlərini öyrənməyini məsləhət görür. Eyni zamanda bunu ictimai rəyə nəzarətin vacib formalarından biri kimi qəbul edir.
Prezident bildirdi ki, onun bundan sonra həm ictimaiyyətlə əlaqələri, həm də jurnalistlərlə əlaqəsi müntəzəm olacaq”.



Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm