Bu həm də xalq, media, iqtidar birliyinin göstəricisidir - Elman Məmmədov
Bizi izləyin

Nida Təhlil

Bu həm də xalq, media, iqtidar birliyinin göstəricisidir - Elman Məmmədov

“Azərbaycan ötən illər ərzində özünün müdafiə qüdrətini çox yüksək səviyyədə qura bilib”.

Bu sözləri Publika.az-a açıqlamasında prezident İlham Əliyevin yerli jurnalistlərə verdiyi müsahibəni təhlil edən millət vəkili Elman Məmmədov deyib.



Deputat bildirib ki, bu brifinqlər bundan sonra da davamlı və geniş auditoriyalı olacaq: “Cənab prezident bir çox çıxışlarında həmişə qeyd edir ki, bizdə söz azadlığı, mətbuat azadlığı yüksək səviyyədə təmin olunub. Prezident həmişə Kütləvi İnformasiya Vasitələrinə, jurnalistlərimizə, mediaya çağırış edib. O, jurnalistlərə bir neçə dəfə deyib ki, siz mənim köməkçilərim rolundasınız. Yəni, cəmiyyətdə, ölkəmizdə olan həm müsbət, həm mənfi olan müəyyən məsələlərə toxunub, bu problemləri işıqlandırmaqla media nümayəndələri prezidentin dediyi kimi köməkçi qismində iştirak edirlər. Düşünürəm ki, brifinqlər inkişafımızın, şəffaflığın bir göstəricisidir. Bu həm də xalq, media, iqtidar birliyinin göstəricisidir”.

Elman Məmmədov brifinqin bir növ hesabat formasında 2019-cu ildə bütün istiqamətlərdə, xarici və daxili siyasətdə, cəmiyyətin bütün sahələrində görülən işləri əhatə etdiyini qeyd edib: “Həm də proqram xarakterli görüləcək işlər, qarşıda duran vəzifələr, məqsədlər, onların yerinə yetirilməsi yolları və metodları haqqında çox geniş izahlı məlumat verildi. Azərbaycanın beynəlxalq səviyyədə olan münasibəti ilə bağlı geniş izahlar verildi. Hesab edirəm ki, elə bir sahə qalmadı ki, ora toxunulmasın. Elə o brifinqdə iştirak edən jurnalistlərimiz də kifayət qədər hazırlıqlı gəlmişdilər. Suallar da elə-belə, təsadüfi sualar deyildi. Suallar kifayət qədər izah tələb edən suallar idi. Sualların cavabları Cənab Prezidentimiz tərəfindən çox şəffaf, açıq, geniş və izahlı formada verildi. Bütün sahələrdə, xarici siyasətimizdə qazandığımız uğurlar, beynəlxalq münasibətlərdə qazandığımız uğurlar, beynəlxalq təşkilatlarla olan münasibətlərimiz, dövlətlərarası münasibətlərimiz, bağlanan müqavilələr və s. bunların hamısına Prezident tərəfindən aydınlıq gətirildi”.

O bildirib ki, iqtisadi sahədə olan uğurlarımız fatktlarla qeyd olundu: “Həm enerji, həm kənd təsərrüfatı, həm də nəqliyyat sahəsində nə varsa, hamısı açıq-aydın izah olundu. Verilən açıqlamalar, verilən izahlar nəyi göstərdi bizə? Hamıya bir daha aydın oldu ki, Azərbaycan müstəqillik qazandığı qısa dövrdə, xüsusilə, İlham Əliyevin prezidentliyi dövründə davamlı, tərəqqiyə doğru, ölkəmizi aydınlığa aparan uğurlara imza atıb. Bunlar həm rəqəmlərlə, faizlərlə göstərildi, həm də müqayisə olundu. Buraxılan nöqsanlar və səhvlər də deyildi. İşinin öhdəsindən gələ bilməyənlər haqqında görülən tədbirlərə toxunuldu. Kadr islahatlarına, struktur islahatlarına toxunuldu və hansı məqsədlə aparıldığı, bu islahatlar nəticəsində nələrə nail olmağımız, inkişafımıza bunun müsbət təsiri barədə geniş fikirlər söylənildi. Ümumi nəticə bundan ibarət oldu ki, Azərbaycan bu illər ərzində sürətli inkişaf yoluna qədəm qoyub. Bunu orda deyilən rəqəmlər müqayisə və nisbətlə tam sübut etdi. Beynəlxalq aləmdə qazanılan uğurlar, beynəlxalq təşkilatlara üzvülük, o təşkilatlarda qazandığımız nüfuzlar və s. bunların hamısı izah olundu. Zənnimcə, cənab prezidentimizin siyasəti, rəhbərliyi, fəaliyyəti çox uğurludur, çox dəyərlidir. Bunlar hamısı günü-gündən maddi rifah halı yaxşılaşan Azərbaycan vətəndaşları üçündür. Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin olunub. Daxili əmin-amanlıq, sabitlik, stabillik təmin olunur. Sosial sahədə təkcə 2019-cu ildə olan rəqəmlər, faizlər göstərdi ki, vətəndaşların maddi durumunun, rifah halının yaxşılaşması üçün müsbət işlər görülüb”.

Elman Məmmədov Dağlıq Qarabağ məsələsi ilə bağlı sualın prezident tərəfindən geniş izah olunduğunu qeyd edib: “Cənab prezidentimiz çox təəsüflə qeyd etdi ki, 2019-cu il bu danışıqlarda sanki itirilmiş bir il oldu. 2020-ci ildə görülən işlər bu sahədə bəhrəsini verməlidir. Cənab prezident xüsusi vurğuladı ki, biz bütün nüfuzlu beynəlxalq təşkilatlarda, eyni zamanda aparıcı dövlətlərdə işğalın təsdiqi, düşmənin təcavüzü ilə bağlı, təsdiq xarakterli hüquqi sənədlər əldə etmişik. Bizim haqlı, Ermənistanın təcavüzkar, işğalçı olması olə bağlı hüquqi baza bformalaşdırmışıq. Bu, çox vacibdir. Ona görə ki, Azərbaycan bu illər ərzində özünün müdafiə qüdrətini çox yüksək səviyyədə qura bilib. Ordu yüksək döyüş hazırlığındadır. Azərbaycan bu səlahiyyəti özündə beynəlxalq təşkilatlarla olan qərarlar, qətnamələr, hüquqi sənədlərlə saxlayır ki, artıq düşmənin qeyri-konstruktiv mövqeyinə qarşı özünün hərbi gücündən istifadə edib, ərazi bütövlüyümüzün təmin olunması üçün tədbirlər görsün.

Məhərrəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm