Nida Təhlil
Dövlətin idmana qayğısı yüksək səviyyədədir - ŞƏRH
“Azərbaycanda dövlətin idmana qayğısı yüksək səviyyədədir”.
Bunu Publika.az-a açıqlamasında ölkə başçısının dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqini şərh edərkən “ARB 24” kanalının İdman departamentinin rəhbəri Namiq Abbasov deyib.

O, Prezidentin Milli Olimpiya Komitəsində ilin yekunlarına həsr olunan çıxışını müsbət qiymətləndirdiyini qeyd edib: “Dövlət başçısı bütün sahələri ayrı-ayrılıqda araşdırıb, hər birinə qiymət verib. Hansı sahədə büdrəmə və axsamaların olduğunu öz çıxışında göstərdi. Ümumilikdə Azərbaycan idmanının inkişafını diqqətə çəkib göstərdi ki, həqiqətən də Azərbaycanda idman inkişaf edir və dünyada da idman ölkəsi kimi qəbul edib, tanıyırlar”.
Namiq Abbasov bəzi bölgələrdə idmanın inkişafında axsamaların olduğunu və Prezidentin çıxış yolları təqdim etdiyini vurğulayıb: “İlham Əliyevin çıxışından da görmək olur ki, bəzi bölgələrdə idmanın inkişafı birmənalı şəkildə deyil. O, qeyd etdi ki, bəzi rayonlarda idmanın inkişafında büdrəmə, geriləmə var. Yarışların təşkili və keçirilməsi baxımından ürəkaçan vəziyyət müşahidə olunmur. Prezident bu yöndə də inkişafa dəstək olduğunu və mənfi nüansları aradan qaldırmaq üçün göstərişlər verdiyini qeyd etdi. Azərbaycanda mərkəzi şəhərlərdə idmana diqqət böyükdür. Amma bu seleksiya işləri bilavasitə olaraq rayonlarda aparılmalıdır ki, perspektivli uşaqlar cəlb olunsun, tapılsın və müvafiq sahələr inkişaf etdirilsin. Azərbaycanda bu sahə üzrə iş gedir. Cənab Prezident çıxışında qeyd etdi ki, bəzi rayonlarda qurğuların olmaması, obyektlərin fəaliyyət göstərməməsi axsamalara gətirib çıxarır. Bununla bağlı göstəriş verilib ki, tez bir zamanda problem aradan qaldırılsın”.
Departament rəhbəri bildirib ki, Azərbaycanda idmana münasibət birmənalıdır: “Ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilir. Bu, prioritet sahədir. Təbii ki, bayrağımız yüksəlir, himnimiz səslənirsə, bu, önəmli bir hadisədir. Azərbaycanı dünyada tanıdan mühüm sahələrdən biri də idmanımızdır. İdmana diqqət olub, olacaq. Düşünürəm ki, axsamaları da çalışacaqlar ki, aidiyyəti yerlərdə, rayonlarda qoyulan müvafiq tələblər əsasında aradan götürsünlər”.
Məhərrəm Əliyev
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları































.png)


.jpg)




