ABŞ-İran müharibəsi İrəvanı TƏŞVİŞƏ SALDI: təcili toplandılar və... - FOTO
Bizi izləyin

Nida Təhlil

ABŞ-İran müharibəsi İrəvanı TƏŞVİŞƏ SALDI: təcili toplandılar və... - FOTO

"İranlı generalın öldürülməsi İrəvanı da ciddi düşündürüb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin bölgədəki səfirlərini təcili İrəvana çağıraraq iclas keçirib".

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi bildirib ki, erməni nazirin səfirlərlə nəyi müzakirə etdiyi barədə məlumat yoxdur: "Ancaq təxmin etmək olar ki, Amerika-İran qarşıdurmasının Ermənistana təsiri məsələləri müzakirə olunub. Amerikanın keçmiş SSRİ məkanındakı ən böyük səfirliyi İrəvandadır. Amerika səfirliyi İrəvan üzərindən Ermənistanla sıx əlaqələri olan həm Rusiyaya, həm də İrana boylanır. Ermənistan həm bu səfirliyin təhlükəsizliyini gücləndirməli, həm də İranla siyasi əlaqələr zəiflətməməyə çalışmalıdır. Ermənistan Amerikanın ianələrinə möhtac olduğu qədər İranla siyasi və iqtisadi əlaqələrə də ehtiyac duyur. Amerika-İran qarşıdurması güclənərsə hər ikisindən bəhrələnmək çətin olacaq".

E.Şahinoğlunun fikrincə Azərbaycan da Amerika-İran qaşdurmasının güclənəcəyi halda, neytral siyasətinə davam etməlidir: "Biz qarşıdurma istəmirik, bu maraqlarımıza ziddir. Hansısa seçim qarşısında da qalmaq istəmirik. Ancaq bölgədə bizdən asılı olmayan olaylar baş verərsə, mümkün ssenarilər ətrafında biz də düşünmək məcburiyyətindəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm