“Həqiqət Ermənistanın faciəsidir” - Rauf Zeyni
Bizi izləyin

Nida Təhlil

“Həqiqət Ermənistanın faciəsidir” - Rauf Zeyni

“Ermənistan adlı dövlət yarandığı gündən yalan üzərində qurulub”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

O bildirib ki, Ermənistan yalansız, böhtansız yaşaya bilmir: “Həqiqətlərin açıqlanması onun dağılmasına gətirib çıxarar. İlham Əliyevin də vurğuladığı kimi, rəhbərin kim olmasından asılı olmayaraq onlar həqiqəti deyə bilməzlər. Çünki reallıq ermənilərin faciəsidir. Türkiyə-Ermənistan münasibətlərində Ermənistan arxivləri açmağa cəsarət etmədi. Necə açsınlar? Axı həmin arxiv yoxdur. Amma Türkiyə cəsarətlə arxivlərini təklif etdi ki, dünya ictimaiyyəti həqiqətlərə şahid olsun. Qardaş ölkə xüsusi komissiyanın yaradılmasına da hazır idi. Ölkə Prezidentinin beynəlxalq konfranslarda vurğuladığı məqamlar, gətirdiyi sitatlar Ermənistanın yalan, iftira və böhtan dolu siyasətini ifşa etməyə həsr olunub. Bu da tamamilə düzgün bir yoldur. Nəhayət ki, bu mənfur düşmən öz yaratdığı böhranların qurbanı olmalıdır. Bu tarixi məqam yetişməlidir”.

R.Zeyni vurğulayıb ki, Azərbaycanda hüquqi bazanın beynəlxalq standartlara uyğun yaradılmasını dünya təşkilatları müsbət qarşılayır: “Qanunların icrası ilə bağlı irimiqyaslı işlər görülür. Bu baxımdan “Asan Xidmət”i misal göstərmək olar. Aparılan islahatlar bir daha onu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində də islahatların dərinləşməsinə ehtiyac var idi. Əks halda ölkə başçısı sərəncam imzalamazdı. Dalğa digər sahələri də əhatə edib. Problemi həll etmək üçün dərin islahatlar mütləqdir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm