Azərbaycan aparıcı layihələrdə “açar dövlət” rolunu oynayır - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan aparıcı layihələrdə “açar dövlət” rolunu oynayır - POLİTOLOQ

“Ermənistan Baş nazirinin aparıcı templərlə inkişaf etmələrindən danışması əlbəttə ki, çox gülünc görsənir”.

Bunu Publika.az-a açıqlamasında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirəni təhlil edən politoloq İlqar Vəlizadə deyib.

Politoloq Azərbaycan iqtisadiyyatının güclü olduğunu vurğulayıb və bunu müqayisəli rəqəmlərlə izah edib: “Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 40 milyard dolları ötür. Bu da Cənubi Qafqaz ölkələri üzrə göstəricinin 60%-dən çoxu deməkdir. Belə vəziyyətdə Nikol Paşinyanın aparıcı templərlə inkişaf etmələrindən danışması əlbəttə ki, çox gülünc görsənir. Ermənistanın ümumi daxili məhsulunun ümumi həcmi təxminən 13 milyard dollardır. Ticarət dövriyyəsinə də nəzər yetirək. Cənubi Qafqazın ümumi ticarət dövriyyəsinin 60%-dən çoxu Azərbaycanın payına düşür. Ölkənin ticarət mübadiləsi 33,6 milyard dollar təşkil edir. Ermənistanda isə bu rəqəm 7 milyard dollara yaxındır”.

İ.Vəlizadə regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irihəchmli geoiqtisadi layihələrdən də danışıb: “Cənub Qaz Dəhlizi, Trans-Xəzər Nəqliyyat Dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi və s. kimi əhəmiyyətli layihələri buna misal göstərmək olar. Bu yaxınlarda Trans-Xəzər fiber optik kabelin çəkilməsi ilə bağlı böyük işlərə start verilib. Bu, ikitərəfli telekommunikasiya münasibətlərini şərtləndirən əsas ünsürlərdən biridir. Azərbaycan layihədə “açar dövlət” rolunu oynayır”.

Politoloq iqtisadi islahatların dövlətin əsas məqsədi olduğunu bildirib: “Təkcə Bakıda yox, regionlarda da iş yerlərinin açılması, insanların rifah halının yaxşılaşdırılması, neft gəlirlərindən asılılığın minimuma endirilməsi prioritetdir. Aparılan kadr islahatları da öz töhfəsini verir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm