Konkret rəqəmlər, faktlar Ermənistan rəhbərliyinə yeni zərbədir - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Konkret rəqəmlər, faktlar Ermənistan rəhbərliyinə yeni zərbədir - POLİTOLOQ

“Konkret rəqəmlər, faktlar Ermənistan rəhbərliyinə yeni bir zərbədir. Bu da onu göstərir ki, Azərbaycan bütün göstəricilərə görə həmin ölkəni qabaqlayır”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezidentin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə yekun nitqinə münasibət bildirərkən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib.

Politoloq qeyd edib ki, İlham Əliyev “Valday” beynəlxalq diskussiya klubunda çıxışında Ermənistanın faşistləri təbliğ etməsi faktını bir daha vurğuladı: “Cənab Prezident Dağlıq Qarabağ münaqişəsindən danışarkən xüsusi olaraq vurğuladı: “ “Qarabağ Azərbaycandır! Nöqtə yox, nida işarəsi!”. Bunu da bütün dünya eşitdi. Ölkə başçısı ötən ilin yekunları ilə bağlı müşavirədə açıq arqumentlərlə, rəqəmlərlə Paşinyanı tam mənada ifşa etdi. Ermənistan Baş naziri ziddiyyətli bəyanatlarla çıxış edir. Həqiqətə uyğun olmayan rəqəmlər səsləndirir, guya Ermənistan 10 ildən sonra ən güclü Avropa dövlətləri sırasında olacaq və s. Lakin buna nə iqtisadi, nə də hərbi potensial baxımdan nail ola bilməyəcəklər. Bunu Ermənistanda da bilirlər, düşünüb nəticə çıxarsınlar”.

F.Sadıqov vurğulayıb ki, Azərbaycanla Ermənistanın iqtisadiyyatı müqayisə olunmayacaq səviyyədədir: “Paşinyan boş ifadələr səsləndirir, bəyanatlar verir ki, ölkəyə böyük investisiya yatırılacaq. Mən başa düşmürəm, bu investisiyalar hansı sahələrə yatırılacaq? Onların elə bir sahələri də yoxdur. Azərbaycan iqtisadi baxımdan artıq “Davos” Ümumdünya İqtisadi Forumunun göstəricilərinə görə qabaqcıl dövlətlər sırasındadır. Həm ümumi daxili məhsula (ÜDM), iqtisadiyyatın tempinə, kənd təsərrüfatının inkişafına, həm də layihələr çərçivəsində görülən işlərə görə iki ölkənin iqtisadiyyatı arasında böyük fərq var”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm