“Azərbaycan irimiqyaslı layihələrdə nəinki iştirakçı, həm də təşəbbüskardır” - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

“Azərbaycan irimiqyaslı layihələrdə nəinki iştirakçı, həm də təşəbbüskardır” - ŞƏRH

“Avropada başa düşürlər ki, Azərbaycanın enerji ehtiyatlarından faydalanmaq olduqca önəmlidir”.

Bunu Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərini təhlil edən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib.



Politoloq səfərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib: “Dövlət başçımız dəfələrlə Davosa gedərək mühüm görüşlər keçirib, çıxışlar edib. Forumun rəsmi saytında İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Burada ölkəmizin dünyada yeri və rolu, onun aparıcı aktorlarla münasibətləri, enerji diplomatiyası və s. yer alıb. Biz görürük ki, ilk gündən dövlət başçısı çox vacib, effektli görüşlər keçirib. Bundan əlavə, Prezident önəmli müsahibələr də verib. Artıq ondan bir neçə müxbir müsahibə alıb. O cümlədən Nailə Əsgərzadəni deyə bilərik”.

F.Sadıqov Azərbaycanın Davosdakı rolunun yüksək qiymətləndirildiyini vurğulayıb: “Azərbaycan dünya siyasətinin faktiki olaraq qovşağında yerləşir. Biz dünya siyasətinə, iqtisadiyyatına qovuşmuşuq. Avropada başa düşürlər ki, Azərbaycanın enerji ehtiyatlarından faydalanmaq olduqca önəmlidir. Çünki biz müəyyən dərəcədə onların enerji təhlükəsizliyini təmin edirik”.

Politoloq ölkə başçısının Forumda Dağlıq Qarabağ məsələsinə də toxunacağını vurğulayıb: “İnanıram ki, orada Dağlıq Qarabağ məsələsi də qaldırılacaq. Dövlət başçımız bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini kifayət qədər ətraflı və dəqiq bildirəcək”.

F.Sadıqov əlavə edib ki, Azərbaycan bir çox irimiqyaslı layihələrdə nəinki iştirakçı, həm də təşəbbüskardır: “Cənab Prezident öz məqaləsində enerji və nəqliyyat layihələrinə toxundu. Qeyd etdi ki, bu layihələrə görə, Azərbaycanın rolu önəmlidir. Söhbət TAP və TANAP-dan gedir. Ölkəmiz bu layihələrin həyata keçirilməsində böyük rol oynayır. Azərbaycanla artıq hesablaşırlar. Təbii ki, Davos Forumunda bunlar bir daha iqtisadçılara, diplomatlara daha qabarıq şəkildə çatdırılacaq”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm