“Azərbaycan bölgənin super iqtisadiyyatına sahibdir” - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

“Azərbaycan bölgənin super iqtisadiyyatına sahibdir” - POLİTOLOQ

“Azərbaycan bölgənin super iqtisadiyyatına sahibdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfərinin çox əhəmiyyətli olduğunu qeyd edib: “Davos İqtisadi Forumu dünya iqtisadiyyatının aktual problemləri barədə fikir mübadiləsi aparılan, ətrafına iqtisadçı alimləri, biznesmenləri, ölkə rəhbərlərini toplayan nüfuzlu elmi-praktiki platformadır. Ölkə başçısının da qeyd etdiyi kimi o, hər il Davos Forumunda iştirak edir. Bu il isə Forumun xüsusi saytında Prezidentin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə ölkə iqtisadiyyatının inkişafı il bağlı məsələlərə toxunulub. İqtisadiyyatın qazandığı uğurlar göstərilib. Orada göstərilən rəqəmlər xüsusilə diqqət çəkir. Məqalədə qeyd edilir ki, 2007-ci ildən 2019-cu ilə qədər Azərbaycan iqtisadiyyatı öz həcmini iki dəfədən çox artırıb. Bu gün bölgənin super iqtisadiyyatına sahibdir. Məqalədə eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP-dan söz açılır. Bildirilir ki, Azərbaycan bölgədə mühüm nəqliyyat qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropa ilə Asiya arasındakı yol iki dəfə qısalıb. Yüklərin daşınma müddəti isə 2,5 dəfə aşağıya düşüb. Bundan əlavə, məqalədə Şimal-Cənub dəmir yolu dəhlizindən də danışılır. Bu dəhlizin də çox effektli qovşaq olduğu və onun yaxın vaxtlarda işə düşəcəyi qeyd edilir. Beləliklə, Azərbaycan dəmir yollarının, enerji daşıyıcılarının qovşağına çevrilir. Bu da ölkə iqtisadiyyatının necə böyük uğurlar qazandığına dəlalət edir. Məqalədə Azərbaycana investisiya cəlb edilməsi də vurğulanır. Bildirilir ki, vəsaitin cəlb edilməsi nəticəsində bir sıra mühüm layihələr həyata keçirilib. Bunlar qeyri-neft sektorunun sürətli inkişafına səbəb olub. Prezident məqalədə Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dolları ötməsini də vurğulayıb. Bu, kifayət qədər önəmli rəqəmdir”.

Q.Hüseynli bildirib ki, beynəlxalq agentliklərin bir sıra reytinq cədvəllərində Azərbaycanın iqtisadi inkişafı qabaqcıl yerləri tutur: “Rəqabət qabiliyyəti məsələsində ölkə iqtisadiyyatı dünyanın qabaqcıl iqtisadiyyatları ilə bir sıraya çıxıb. Əhalinin maddi güzəranında da ciddi dəyişikliklər baş verib. İnsanların maddi rifahı 8 dəfədən çox artıb. Yoxsulluq səviyyəsi əvvəllər 50% idisə, hazırda 5%-ə enib. Azərbaycan bölgədə nəhəng iqtisadi layihələr realizə edib. Dünən bu layihələr bizə nağıl kimi görünürdüsə, artıq gerçəkdir, reallıqdır”.

Politoloq Davos İqtisadi Forumunun mahiyyətindən də danışıb: “Forum “dünyanın iqtisadiyyat akademiyası” kimi dövlətlərə tövsiyələr verir. İqtisadi sahədə dövlətlərarası təcrübə mübadiləsinin həyata keçirilməsinə yardım göstərir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm