• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Davos Forumu xarici investisiya cəlbini daha da artıracaq - İQTİSADÇI

Davos Forumu xarici investisiya cəlbini daha da artıracaq - İQTİSADÇI

“Hər il Davosda Dünya İqtisadi Forumu keçirilir ki, burada da dünyanın ən məşhur transmilli korporasiyalarının həmtəsisçiləri, rəhbərləri, hökumət nümayəndələri iştirak edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə münasibət bildirərkən iqtisadçı Ruslan Atakişiyev səsləndirib.

Forumun Azərbaycan üçün əhəmiyyətindən danışan iqtisadçı sözlərinə belə davam edib: “2 minə yaxın nümayəndənin iştirak etdiyi tədbirə Azərbaycanın da qatılması bir neçə baxımdan əhəmiyyət daşıyır. Bunların sırasında vahid dünya iqtisadiyyatında ölkənin rolunun artırılması, dünya iqtisadi xəritəsinin hazırlanmasında iştirakı kimi əhəmiyyətli məsələlər durur. Eyni zamanda, Azərbaycanın Forumda iştirak etməsi iqtisadi əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətlidir. Çünki toplantıda şirkət rəhbərləri, yəni investorlar iştirak edirlər ki, onlara ölkənin iqtisadi imkanları haqqında geniş məlumat verilir. Bu da xarici investisiya cəlbi baxımından əhəmiyyət kəsb edir”.

İqtisadçı Prezident İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsindən də danışıb: “Məqalənin adından da göründüyü kimi, burada dünya iqtisadiyyatının formalaşmasında Azərbaycanın rolu məsələsi önə çəkilir. Bu da təbii ki, ölkənin regional, beynəlxalq layihələrdə iştirakı məsələsinin qabardılması yolu ilə Azərbaycanın dünya iqtisadiyyatına verə biləcəyi töhfə və ümumi strategiyada yaxından iştirak etmək marağını göstərmək məqsədi daşıyır”.

Tağı Həsənov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR