Paşinyan Bakı ilə razılaşmaya imza atmaq üçün... – İrəvanda nə baş verir?
Bizi izləyin

Nida Təhlil

Paşinyan Bakı ilə razılaşmaya imza atmaq üçün... – İrəvanda nə baş verir?

“Paşinyan üçün Qarabağdakı “seçkilər” bir nömrəli məsələdir”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, erməni baş nazirin reytinqi sürətlə aşağı enir: “Bunun fonunda rəqib siyasətçilərin reytinqi artır. Ermənistanda Paşinyanı devirmək üçün rəqiblərinin hərəkətə keçdiyi istisna deyil. Bunu anlayan Paşinyan bir tərəfdən siyasi represiyalara əl atır, digər tərəfdən, xalqın dəstəyini qazanmaq üçün sosial-iqtisadi inkişafa nail olmaq istəyir. Ciddi iqtisadi inkişafın yeganə yolu Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasıdır ki, bunun üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”.

S.Markov hesab edir ki, Paşinyan Bakı ilə müəyyən dərəcədə sülh razılaşmasına getməyə hazırdır.

“Lakin bunun üçün Qarabağda hakimiyyəti ələ almalı və oradan dəstək əldə etməlidir. Yəni Qarabağda ya Paşinyanın öz adamları olmalıdır, ya da Azərbaycanla sülh anlaşmasına razılaşacaq olanlar. Bu baxımdan, separatçı rejimə keçiriləcək seçkilər Ermənistan hakimiyyəti üçün həyati əhəmiyyət kəsb edir”, - Markov vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm