• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Paşinyan ilk dəfə Putinlə bunu edəcək - Qarabağda “MART PLANI”

Paşinyan ilk dəfə Putinlə bunu edəcək - Qarabağda “MART PLANI”

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəhayət bu il ilk rəsmi görüş ola bilər.

Publika.az
xəbər verir ki, bu barədə “Qraparak” qəzeti Ermənistan hökumətindəki mənbəyə istinadən yazıb.

Qəzet xatırladır ki, Paşinyan indiyə qədər heç vaxt Rusiyaya rəsmi səfər etməyib: “Putinlə keçirilən bütün görüşlərsə prosedur xarakteri daşıyıb. Nikol ötən ilin sonunda bildirib ki, ilkin razılaşmaya əsasən 2020-ci ildə Rusiyaya rəsmi səfər edəcək. Putin də ya bu ilin sonunda, ya da 2021-ci ilin əvvəlində Ermənistana rəsmi səfərə gələcək. Mənbələr bu ilin ya mart ayının sonunda, ya da aprel ayının əvvəlində Paşinyanın Rusiyaya rəsmi səfər edəcəyini bildirirlər”.

Diqqətçəkən əsas məqam Paşinyanın Rusiyaya ilk rəsmi səfərinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində separatçı rejimin “parlament və prezident seçkiləri” ərəfəsində baş tutacağıdır. Paşinyan bu “seçkilərdə” əsas rəqibi olan “Qarabağ klanı”nı siyasi səhnədən birdəfəlik silməyi planlaşdırır. Separatçı rejimdə “seçkilər” martın 31-də keçiriləcək.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR