Paşinyanın danışıqların “sirrini” açmasının ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: 7 rayon qaytarılırdı və... - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Təhlil

Paşinyanın danışıqların “sirrini” açmasının ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: 7 rayon qaytarılırdı və... - VİDEO - (YENİLƏNDİ)

Video əlavə olunub.

***

08:47

Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasətdə əsas rəqibinə – “Qarabağ klanı”na qarşı son zərbəni endirdi.

Publika.az
xəbər verir ki, Paşinyan Sarkisyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onlara “ağır miras” qoyduğunu açıqlayıb.

“Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılırdı, lakin Qarabağla Ermənistan arasında dəhlizin olması da şərt kimi sazişə daxil idi. Tərəflər ATƏT, yaxud BMT-nin bayrağı altında referendum yolu ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən etməli idi. Həmin referendumun nəticəsi məcburi hüquqi önəmə malik olmalı və bütün beynəlxlaq prinsiplərə riayət etməli idi. Qarabağ ətrafındakı 5 rayondan erməni qoşunları çıxarılandan sonra bölgəyə beynəlxalq sülhməramlılar daxil olur, bundan sonra azərbaycanlılar geri qayıdırlar. Digər müddəa Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsinə qədər keçid status almasında idi”, - bunları qeyd edən erməni baş nazir keçmiş Sarkisyan hakimiyyətini, bugünkü rəbiqlərini ictimai linçə məruz qoydu.

Paşinyanın masa üzərindəki sazişin detallarını niyə indi açıqlaması diqqət çəkir və bu, həm də Ermənistan hakimiyyətinin növbəti addımlarını da özündə ehtiva edir.

İctimai rəyin manipulyasiyası:

- Nikolun verdiyi sosial-iqtisadi inkişaf vədləri erməni cəmiyyətində inqilaba olan inamın azalmasını sürətləndirir və bu situasiya keçmiş hakimiyyətə ictimai rəyi hökumətə qarşı çevirməyə, siyasi mübarizədə tərəfdarlarının sayını artırmağa imkan verir. İnqilabdan keçən müddət ərzində Paşinyanın reytinqinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi də onun əsas rəqibi olan “Qarabağ klanı”nın yolunu açır. Məhz bunun üçün erməni baş nazir “danışıqların detallarını” açdı və keçmiş klana son zərbəni endirdi. Paşinyan demək istəyir ki, “keçmiş hakimiyyət əraziləri qaytarırdı, lakin biz inqilab etməklə bu “təslimçi sülhün” qarşısını aldıq”. Bu, keçmiş hakimiyyətin tamamilə gözdən salınması, Nikolun zəifləyən reytinqinin artması və sosial-iqtisadi vədlərin ictimai rəydə arxa plana keçməsinə hesablanıb.

Qarabağda “seçkilər”:

- Martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılan separatçı rejimin “parlament və prezident” seçkiləri keçiriləcək. Bu, Paşinyanla “Qarabağ klanının son savaşı hesab olunur. Qarabağda rejimə nəzarət keçmiş klanın əlində qalarsa, Paşinyan mütləq hakimiyyətini qura bilməyəcək. Bu baxımdan, Nikol seçkilərə özünə bağlı “namizədlər” irəli sürüb və son savaşı nəyin bahasına olursa olsun, qazanmaq niyyətindədir.

Onun “danışıqların sirri”ni açması və “Qarabağ klanı”nı “vətən xaini” elan etməsi separatçı rejimdə keçiriləcək seçkilərdə rəqib qüvvələri sıradan çıxarmağa hesablanıb. Nikolun “İndi qoy, Qarabağda “prezidentliyə” namizəd olanlar mətnin onlar üçün məqbul olub-olmamasını desinlər? Qoy, “Qarabağ xalqı”, Ermənistan xalqı bu mətnin onlara məqbul olduğunu desinlər? Əgər “Qarabağ xalqı” bu sənədlərin danışıqlar üçün əsas olduğunu düşünürlərsə, əmin edirəm ki, anındaca danışıqlar masasında olacaq” sözləri də bu gedişin hədəfini açıqlayır.

Danışıqların pozulması:

- Qarabağ probleminin həllində aparıcı gücə malik olan Rusiyada tez-tez “Paşinyan hakimiyyəti keçmiş hakimiyyətdən qalan danışıqlar mirasını yerinə yetirməkdən imtina edir” açıqlamaları eşidilir. Erməni baş nazir bu “mirası” açıqlamaqla Ermənistan ictimaiyyətinə “məndən bunları tələb edirlər” mesajını ötürdü. Bununla o, həm cəmiyyəti öz ətrafında birləşdirdi, həm də danışıqlar prosesinə ictimai narazılığı artırdı. Məqsəd masada “xalqım bu razılaşmanı qəbul etmir” deməyə və danışıqlardan yayınmağa hesablanıb. Hərçənd, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Qarabağ ətrafında baş verənlər, danışıqlar prosesinin kənar yollara sapması müharibə variantını aktuallaşdırır. Ermənistanın daxili vəziyyəti fonunda cəbhədə kiçikmiqyaslı eskalasiya Paşinyana sərf edir: danışıqlardan yayınacaq, sülh razılaşması uzunmüddətli olaraq sıradan çıxacaq, ölkə daxilində sosial-iqtisadi çətinliklər arxa plana keçəcək, rəqiblər siyasi meydandan kənarlaşdırılacaq, erməni xalqı baş nazirin ətrafında sıx birləşəcəklər.

Hərçənd, Paşinyan bununla həm də özünü sığortalamaq niyyətindədir. Çünki müharibə, yaxud danışıqlar yolu ilə ərazilərin qaytarılması reallaşacaqsa, o, “günahkar bu mirası bizə qoyan keçmiş hakimiyyətdir” deməklə müdafiəsini də təşkil edə biləcək. Erməni şərhçi Karen Ambartsum da yazır ki, “əgər müharibə olacaqsa və ərazilərin qaytarılması ilə nəticələnəcəksə, o zaman indiki hakimiyyəti yox, keçmiş hakimiyyəti günahlandıracağıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm