Moskva Ukraynanı vurmaq üçün bu dəfə İranı hədəf seçdi - ŞOK DETAL
Bizi izləyin

Nida Təhlil

Moskva Ukraynanı vurmaq üçün bu dəfə İranı hədəf seçdi - ŞOK DETAL

“Ukrayna Prezidenti Vladimir Zelenski İrandan narazıdır. Tehran vurulan təyyarədə ölənlərin ailələrinə 80 min dollar təzminat ödəyə biləcəyini açıqlayıb. Ukrayna Prezidenti insan həyatı ilə alver etmək istəmədiyini desə də, təzminatın az olduğunu vurğulayıb. Bu məsələ danışıqlar yolu ilə həll edilə bilər. Lakin Kiyevin Tehrandan başqa narazılığı da var”.

Publika.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Tehran yanvarın 3-də “səhvən” vurulan sərnişin təyyarəsinin “qara qutu”sunu Ukraynaya vermir: “Vurulan təyyarə Ukrayna Hava Yollarına məxsusdur. Ona görə də “qara qutu”nun təhvil verilməməsi Kiyevin haqlı narazılığına səbəb olub. Ukrayna təyyarə olayında Rusiyanın İrana təsirindən şübhəlidir. Kiyevdəki siyasi mərkəzlər “qara qutu”nun Ukraynana təhvil verilməsinin arxasında Moskvanın maraqlarının dayandığını güman edirlər. Tehran təyyarəni vurduqdan bir gün sonra səhvini etiraf etdi. Bu Moskva üçün gözlənilməz oldu. Çünki, 5 il əvvəl Donbass səmasında vurulan mülki təyyarəyə görə Moskva bugünə qədər məsuliyyət daşımayıb. Beynəlxalq aləm həmin mülki təyyarənin Rusiyadan dəstək alan separatçılar tərəfindən vurulmasına şübhə etmir, faktlar da bundan xəbər verir. Ancaq Rusiya tam tərsini iddia edir, guya Niderlanddan Malayziyaya uçan təyyarəni Ukrayna vurub. Bu məntiqə ziddir. Separatçıların təyyarəsi yoxdursa, Ukrayna havadan müdafiə qüvvələri səmada niyə təyyarə vurmalı idilər? Əksinə separatçılar səmada gördükləri hər obyekti Ukrayna hərbi təyyarəsi hesab edərək düyməyə basa bilərdilər.

Məsuliyyətdən boyun qaçıran Moskva eyni olayda Tehranın da oxşar siyasət yürütməsini gözləyirdi. Ancaq Tehran səmasında vurulan təyyarənin sirrini gizlətmək mümkün deyildi. Tehran gecikmiş də olsa doğru qərar verdi, səhvini etiraf etdi. Buna baxmayaraq, Ukraynadakı siyasi mərkəzlərin şübhələrinə görə, Moskva Tehrana təzyiq edir ki, “qara qutu”nu Rusiyanın rəqibi olan Ukraynaya verməsin. Bu məsələdə Rusiyanın təlimatları İrana yaxşı heç nə vəd etmir. Təyyarənin vurulmasına görə Tehranın gecikmiş etirafını beynəlxalq aləm, o cümlədən Ukrayna cəmiyyəti anlayışla qarşıladı. Ancaq “qara qutu”nun təhvil verilməməsi həmin anlayışı zəiflədəcək ki, bu da İran maraqlarına xidmət etmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm