Türkiyə ilə Rusiya dəhşətli savaşla ÜZ-ÜZƏ - İNANILMAZ DETALLAR
Bizi izləyin

Nida Təhlil

Türkiyə ilə Rusiya dəhşətli savaşla ÜZ-ÜZƏ - İNANILMAZ DETALLAR

“İdlib ətrafında türk hərbçilərinin itki verəcəyi gözlənilən idi”.

Publika.az xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, səbəb Suriya rejiminin Rusiya aviasiyasının köməyi ilə İdlib və ətrafını bombalamasıdır. Çünki burada Türkiyə ordusunun bir neçə müşahidə məntəqəsi var: “Ankara vaxtilə İdlib ətrafında həmin məntəqələrdə hərbçilərini ona görə yerləşdirib ki, Bəşər Əsəd şəhərə hücuma risk etməsin, mülki əhali tələf olmasın. Ancaq Suriya rejimi bu riski heçə sayaraq Moskvanın xeyir-duasıyla hücuma keçdi və Türkiyə ordusu 6 şəhid verdi. Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə ordusu dərhal cavab əməliyyatı həyata keçirib, Suriya ordusunun 40 hədəfinə zərbə vurub. Ərdoğan bildirib ki, rejimin itkiləri var. Ancaq ən maraqlısı budur ki, Rusiyanın Suriyadakı komandanlığı Türkiyənin Suriya ordusuna qarşı zərbələr endirmədiyini və Suriya ordusunun itki vermədiyini iddia edir. Beləliklə, bir-birinə zidd iki açıqlama”.

Politoloqun fikrincə, Rusiya olayı gizlətməyə çalışır: “Türkiyə tarixən verdiyi hər şəhidinin qarşılığını artıqlaması ilə alıb və alacaq. Bu dəfə də belə olub. Sadəcə, Moskva Türkiyə ilə qarşıdurma istəmir. Türkiyə-Suriya müharibəsi Kremlin maraqlarına cavab vermir. Buna baxmayaraq, Moskvanın Əsədi İdlibə hücuma cəsarətləndirməsi Rusiyanın səhvi idi. Türkiyə Suriyada Rusiya ilə birgə hərbi patrul xidmətinə son qoyub. Rusiyanın siyasəti ona gətirib çıxaracaq ki, Ankara Türkiyə ordusunun İdlibə daxil olması haqqında ciddi düşünəcək. Bu isə bölgədə böyük savaş riskini artıracaq. Bu vəziyyət nə Rusiyanın, nə də Türkiyənin maraqlarına uyğundur. Bu durumdan ən çox sevinən Amerika Birləşmiş Ştatları olacaq ki, bölgədəki rəqibləri üz-üzə qalıblar. Seçim Rusiyanındır. Əgər Kreml Amerikanı sevindirmək istəmirsə, İdlibə hücum əməliyyatına son qoymalı, yenidən Türkiyə ilə əməkdaşlıq formatına qayıtmalı və verdiyi vədləri yerinə yetirməlidir.

Bu arada, Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayıb. Ərdoğan Kiyevdə açıq şəkildə deyib ki, Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-Rusiya gərginliyi Azərbaycanın maraqlarına da uyğun deyil. Ancaq Rusiyanın bölgədəki oyunlarını və verdiyi vədləri yerinə yetirmədiyini diqqətlə izləməliyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm