Bakının HÜCUM PLANI: əsl döyüş başlanır, ermənilərin cəmi iki ay vaxtı qalıb
Bizi izləyin

Nida Təhlil

Bakının HÜCUM PLANI: əsl döyüş başlanır, ermənilərin cəmi iki ay vaxtı qalıb

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Cenevrədə 11 saatlıq görüşü hər iki ölkədə ciddi müzakirələrə səbəb oldu. Görüşün detalları haqda ictimaiyyəti qane etməyən rəsmi açıqlamalar “11 saatda nələr müzakirə edilib” sualını daha da cəlbedici edir. Ermənistan mediasında bu görüş daha müzakirələrə səbəb olur, xüsusilə ərazilərin qaytarılması məsələsinin aktuallığı fonunda ermənilər narahatlıqlarını gizlətmirlər.

Publika.az
erməni ekspertlərin Cenevrə görüşü haqda fikirlərini təqdim edir.

“Oribeli” mərkəzinin eksperti Narek Minasyan hesab edir ki, danışıqların 11 saat davam etməsi müzakirə edilən məsələlərin geniş spektri ilə bağlı olub.

“Tərəflər 2019-cu ildə aparılan danışıqlar prosesini və bunun fonunda 2020-ci il üçün iş planını müzakirə edib. Həmsədrlər danışıqlar prosesinin intensivləşməsi tələbi ilə çıxış edirlər. Belə olanda tərəflərin hər biri öz marağını önə çəkməyə çalışır”, - o bildirib.

Lakin Minasyan hesab etmir ki, Cenevrədə qaçqınların Şuşaya qayıdışı müzakirə olunub.

Qeyd edək ki, erməni mediasında nazirlərin qaçqınların təkcə Qarabağ ətrafındakı 7 rayona yox, həm də birbaşa Şuşaya qayıdışı, yalnız bundan sonra status məsələsinin müzakirə edilə biləcəyini müzakirə etdiklərini yazırdı.

Ermənistan İctimai Şurasının sədri, Beynəlxalq Münasibətlər İnstitunun direktoru Styopa Safaryan qeyd edib ki, danışıqlar masasında İrəvanın mövqeləri zəifdir.

“Azərbaycan və Ermənistan konkret sənədin hazırlanacağı və 2020-ci ildə nizama salma prosesinin sürətlənəcəyi üçün danışıqlar aparır. Bu baxımdan, artıq danışıqlar mərhələsində olduğumuzu deyə bilərik. Əgər tərəflər əvvəl hazırlıq, yaxud texniki mərhələdə idilərsə, indi konkret sənəd ətrafında danışıqlar prosesi gedir” – bu fikirləri isə erməni politoloq, azərbaycanşünas Anjela Elibeqova deyib.

Onun sözlərinə görə, tərəflər intensiv danışıqlar mərhələsinə daxil olub və 2020-ci il ərzində həmsədrlər prosesin sürətlənməsi üçün təzyiqi artıracaqlar: “Hesab edirəm ki, danışıqlarların məxfiliyi haqda razılaşma olub. Buna görə də uzun danışıqların detalları açıqlanmır. 2020-ci ildə biz görüşlər haqda daha az informasiyaya malik olacağıq, yalnız şəkillər və formal mətnləri görə biləcəyik. 2020-ci il danışıqlar dövrü üçün gərgin olacaq. Azərbaycan informasiya sahəsində aktiv hücuma keçəcək və beynəlxalq platformalarda təzyiq göstərməyə çalışacaq. Belə demək mümkünsə, indi əsl döyüş başlanır. Bizim hazırlıq üçün iki ay vaxtımız var. Amma dəqiq demək çətindir ki, həqiqətən biz buna hazır ola biləcəyikmi? Proses başlananda bunu görəcəyik”.

Politoloq Alen Qevondyan təklif edir ki, “biz azərbaycanlılarla dil tapmağa məcburuq”.

“Qarabağ problemi artıq beynəlxalq məsələdir. Qlobal kontekstdə dünya və regional güclərin hər birinin öz marağı var. Biz lokal kontekstdə azərbaycanlılarla ortaq məxrəcə gəlməliyik”, - o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm