Avropa Şurası ədalətsiz və qərəzli mövqe nümayiş etdirir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Avropa Şurası ədalətsiz və qərəzli mövqe nümayiş etdirir - ŞƏRH

“Qeyri-obyektiv, ədalətsiz, qərəzli mövqe əlbəttə ki, Azərbaycanı qane edə bilməz və biz təbii ki, buna çox ciddi reaksiya verməliyik”.

Bu sözləri Publika.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Avropa Şurasının qərəzli mövqeyindən danışan professor qeyd edib ki, belə ədalətsiz yanaşma Azərbaycanın maraqlarına ziddir və ölkəmizi qane edə bilməz: “Türkiyənin güclənməsi, dünya siyasətində mühüm rol oynaması əlbəttə ki, Avropanı qıcıqlandırır. Eyni zamanda Azərbaycana qarşı ikili standartlar yürüdülür. Avropa Şurası Avropada baş verən qarşıdurmalara susur. Bu baxımdan Ermənistan da istisna deyil. Hazırki rəhbərlik demokratiya naminə və ədalət prinsiplərinin bərpası adı altında öz rəqiblərini aradan götürür. Hətta baş nazirin keçmiş tərəfdarları Paşinyanın qərəzli mövqe tutduğunu anlayaraq ondan qaçmağa başlayıb. Keçmiş prezidentlərdən biri həbsxanadadır, digərinə qarşı cinayət işi açılıb. Avropa Şurasından isə səs çıxmır, onlar bunu görməzlikdən gəlirlər. Azərbaycan daxili və xarici siyasətdə maraqlarına cavab verən siyasət yürüdür. Dağlıq Qarabağ problemi uzun illərdir ki, həllini tapmır. Məcburi köçkünlərin hüquqlarını müdafiə etməkdənsə, hesab edirlər ki, Ermənistanla bir stol arxasında əyləşməklə mütləq hansısa razılığa gəlməliyik. Başa düşməlidirlər ki, işğal olunmuş torpaqlar azad olunmayana qədər heç bir razılıq əldə oluna bilməz”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm