Erməni lobbisi AŞ PA-nın Azərbaycanla bağlı qərarlarına təsir göstərir - Hüquqşünas
Bizi izləyin

Nida Təhlil

Erməni lobbisi AŞ PA-nın Azərbaycanla bağlı qərarlarına təsir göstərir - Hüquqşünas

"Ümid edirəm ki, Azərbaycanla bağlı ədalətli qərarlar veriləcək".

Bu fikirləri Publika.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib.

Fond rəhbəri qeyd edib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) neqativ xarakterli qərarlarının predmetinə çevrilməsi sual doğurur: "Baxmayaraq ki, bəzi Avropa ölkələrində genişmiqyaslı xoşagəlməz hadisələr baş verir, lakin bu Avropa Şurasının qərarlarında öz əksini tapmır. Məsələn, Fransada "sarı jiletlilər"in keçirdiyi aksiyada hətta jurnalistin gözünü çıxardılar. Həmin aksiyalar zamanı onlarla jurnalist xüsusi təyinatlı qüvvələrin hədəfinə gəldi. Oxşar hallar Avropanın başqa ölkələrində də baş verir. Ancaq nədənsə bütün məsələlərdə Azərbaycanın neqativ obrazını yaratmağa cəhdlər var. Azərbaycan öz suveren hüquqlarını tam olaraq həyata keçirir və ölkəmiz müstəqil siyasət yürüdür. Bu isə bəzi qrupların xoşuna gəlmir. Əlbəttə ki, həmin qrupların təsiri altında olan deputatlar bu məsələdə Azərbaycanla bağlı münasibətlərdə belə davranış nümayiş etdirirlər. Azərbaycana qarşı neqativ qərarların qəbul edilməsinə hər zaman böyük şövqlə yanaşırlar. Erməni lobbisinin təsiri altında olan qruplar var. Onlar birbaşa maliyyə və digər tendensiyalarla həmin deputatlara yardım edirlər. Bu da oxşar qərarların qəbul edilməsində xüsusi rol oynayır. Kompleks yanaşmalar var ki, bunun nəticəsində Azərbaycana münasibətdə ədalətsiz, əsassız, arqumentsiz və qərəzli yanaşmalar baş verməkdədir. Bu, həm də ikili standartlarla bağlıdır. Ümumiyyətlə, Avropa Şurasının Azərbaycanla bağlı hər hansı müsbət qərarını xatırlamıram. Yalnız əvvəlki illərdə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı müəyyən pozitiv qərarlar olub. Ancaq sonrakı bütün qərarlarda neqativ yanaşmanı müşahidə edirik. Bu baxımdan da Azərbaycan Prezidenti kompleks qiymətləndirmə apararaq bəyan etdi ki, daha Avropa Şurası Parlament Assambleyasından hər hansı gözləntilərimiz yoxdur".

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm