• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

Bir sıra mühüm yeniliklər ictimai yaddaşa yazıldı – Hikmət Babaoğlu

Bir sıra mühüm yeniliklər ictimai yaddaşa yazıldı – Hikmət Babaoğlu

“Azərbaycanda keçirilən parlament seçkiləri milli demokratiya tariximizə mühüm hadisə kimi yazıldı. Seçkilərin demokratik keçirilməsi üçün bütün hüquqi və siyasi tələblər yerinə yetirilib”.

Bu sözləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində səsləndirdiyi nitqinə münasibət bildirərkən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, parlament seçkiləri bir daha göstərdi ki, Azərbaycanda ali qanunverici orqan məhz xalqın etimad göstərdiyi namizədlərdən formalaşacaq və ölkəmizdə həyata keçirilən islahatların ruhuna uyğun olaraq ictimai müzakirələrin mərkəzinə çevriləcək: “9 fevral seçkilərində bir sıra mühüm yeniliklər də ictimai yaddaşa yazılmış oldu. Bunlar parlament seçkilərində namizədlərin çoxluğu, o cümlədən ən çox qadınların və gənclərin, eləcə də 19 siyasi partiyanın qeydə alınması idi. Bu, əslində cəmiyyətin siyasi palitrasının bütün təbəqələrinin seçki prosesində iştirak etməsinin göstəricisi kimi xarakterizə olunmalıdır. Şübhəsiz ki, demokratik cəmiyyətdə seçki gününə qədər inklüzivliyin təmin olunması mühüm hadisədir ki, bu, sonrakı mərhələdə də seçkinin demokratik şəkildə keçirilməsini təmin edən əsas faktorlardan biri kimi çıxış edir. Ona görə də 1300-dən çox namizədin qeydə alınması, yəni müraciət edən və qanuni tələbləri yerinə yetirən hər bir namizədin MSK tərəfindən qeydə alınması ilə başlayan proses sonrakı mərhələdə də seçkilərin demokratik keçirilməsini təmin etmiş oldu”.

H.Babaoğlu əlavə edib ki, mühüm məsələlərdən biri də seçki marafonu çərçivəsində sərbəst toplaşmaq azadlığının və hər bir namizədin öz seçiciləri ilə sərbəst görüşməsinin təmin olunması idi ki, bunun da şahidi olduq: “Bütün bunların nəticəsi idi ki, Azərbaycanda seçkini müşahidə edən çoxsaylı beynəlxalq müşahidə missiyaları da seçki və onun nəticələrini şübhə altına ala biləcək heç bir fikir səsləndirməyib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəyi əslində seçkinin məhz demokratik, azad və sərbəst şəkildə keçirilməsini qəbul edən bir bəyanatdır. Bundan başqa, çoxsaylı qonşu ölkələrdən gələn müşahidə missiyalarının seçki ilə bağlı müşahidələri də müsbət oldu ki, bu da obyektiv reallığı əks etdirir. Əlbəttə ki, Azərbaycanın hədəfi bundan sonrakı mərhələdə də beynəlxalq təşkilatlarla, o cümlədən DTİHB ilə demokratiya sahəsində əməkdaşlığı və tərəfdaşlığı davam etdirməkdir”.

Tağı Həsənov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR