Ermənistanda böyük partlayış olacaq: Münhen konfransının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ - - VİDEO
Bizi izləyin

Nida Təhlil

Ermənistanda böyük partlayış olacaq: Münhen konfransının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ - - VİDEO

Video əlavə olunub.

***

Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq ictimaiyyətin gözü önündə arqumentlərlə məğlubiyyətə uğratması informasiya müharibəsində Bakının əlini gücləndirdi.

Publika.az
xəbər verir ki, Ermənistan mediası iki gündür Nikol Paşinyana qarşı müxtəlif ittihamlar irəli sürür.

Erməni şərhçi Vardui Mikaelyan “aysor” saytında dərc olunan məqaləsində yazır ki, Münhendə Əliyevlə Paşinyanın debatı xarici səhnədə ilk açıq müzakirə idi və bu, Ermənistan üçün dəhşətli nəticələrə səbəb oldu.

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra Dağlıq Qarabağ münaqişəsinə dair yanaşma dəyişdi. Lakin bu dəyişiklik müəmmalı və neqativdir. Baş nazirin və xarici işlər nazirinin münaqişəyə dair fikirləri üst-üstə düşmür, tez-tez karıxdırıcı və tutarsız düzəlişlər edilir, daim təkziblər eşidirik. Bu, təkcə erməni xalqı üçün təhlükəli deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən Paşinyan hakimiyyətinin Qarabağ münaqişəsinə dair mövqeyinin şübhə ilə qarşılanmasına gətirib çıxardı. Azərbaycan və Ermənistan rəhbərliyinin Münhen debatı bunu bir daha təsdiqləyir”, - erməni şərhçi yazır.

Vardui Mikaelyan qeyd edir ki, ilk dəfə xarici məkanda Paşinyanın intellektual səviyyəsi siyasi, tarixi və hüquqi tərəfdən ortaya çıxdı: “Amma Paşinyan “stressiz gün” prinsipi üzrə hərəkət edərək, “Münhen prinsipləri”ni dərc etdi. Hesab etmək olar ki, bu, Ermənistan hökumətinin rəsmi mövqeyidir. Paşinyanın haqqını verməliyik: o, dürüstdür, gizlətmir və gizlənmir, nə baş verdiyini cəmiyyətə çatdırır”.

Paşinyanın “Münhen prinsipləri”: “Dağlıq Qarabağ” münaqişənin və danışıqların tərəfidir; əsas məsələ təhlükəsizlikdir; bir, yaxud iki addımla münaqişəni həll etmək mümkün deyil; danışıqlar prosesində “mini-inqilablar” etmək lazımdır, sonra sıçrayış; məsələnin istənilən həlli Azərbaycan və Ermənistan xalqını, o cümlədən, “Qarabağ xalqını” qane etməlidir; münaqişənin hərbi yolla həlli yoxdur;

Mikaelyan Paşinyanın mövqeyinin anti-Ermənistan yanaşma olduğunu iddia edir:

1. Paşinyanın açıqlamasında heç vaxt “Arsax”, yaxud “Dağlıq Qarabağ Respublikası” adı hallanmır;

2. Paşinyanın açıqlamasında Qarabağla bağlı heç vaxt “dövlət” sözü işlədilmir;

3. Paşinyanın açıqlamasında “öz müqəddəratını təyin etmə” hüququndan bəhs edilmir;

4. “Qarabağ respublikası”nın beynəlxalq tanınmasına ehtiyac məsələsi yoxdur;

5. Heç vaxt “Arsax respublikası hakimiyyəti” deyilmir;

6. Heç vaxt erməni tərəfi üçün başlanğıc və əhəmiyyətli olan Qarabağın statusunun həllinin vacibliyi qeyd olunmur;

7. Heç vaxt “Qarabağ Azərbaycanın tərkibində olmayacaq” postulatı vurğulanmır;

8. “Ermənifobiya” və “soyqırımı” məsələsindən bəhs edilmir;

9. Erməni qaçqınları və onların hüququndan danışılmır;

10. Qarabağın “dövlət müstəqilliyinin” əldə edilməsi məsələsində onun hüquqi savadsızlığına şahidlik edirik;

11. Amma Paşinyan “inqilab” sözündən tez-tez danışır;

12. Və yenidən absurd fikrini – “Münaqişənin həlli Azərbaycan və Ermənistan xalqı, eləcə də “Qarabağ xalqı”nın xeyrinə olmalıdır” məsələsini təkrarlayır.

Vardui Mikaelyan qeyd edir ki, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün Ermənistana təzyiq edir.

“Erməniləri anlaşmaya məcbur edirlər, lakin bu, regionda böyük partlayışa gətirib çıxaracaq”, - o iddia edib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm