İlham Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı - Şərh
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev Azərbaycanın haqq səsini dünyaya çatdırdı - Şərh

Bu debatdan və orada səslənən fikirlərin, faktların dünya ictimaiyyətində və diplomatik dairələrdə yaratdığı rəydən sonra Qarabağ probleminin həlli istiqamətində mütləq yeni bir mərhələ başlayacaq.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbərqəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor qeyd edib ki, debatda Azərbaycan Prezidenti müzakirə olunan bütün məsələlərlə bağlı ölkəmizin mövqeyinin daha güclü və arqumentli olduğunu əsaslandırıb: “Demək olar ki, bütün istiqamətlərdə ölkə başçısı hazırlıq dərəcəsinə görə Paşinyandan qat-qat üstün olduğunu nümayiş etdirdi. Bu üstünlüyün Münhen Təhlükəsizlik Konfransı kimi bir platformada nümayiş etdirilməsi daha əhəmiyyətlidir. Qarabağ probleminin bütün aspektləri üzrə Azərbaycanın mövqeyinin düzgün və bütöv olduğunun sübut olunması Ermənistan baş nazirinə bir zərbə idi. Ermənistan indiyə kimi bütün beynəlxalq çıxışlarında guya özünün haqlı olduğunu, Dağlıq Qarabağın ən qədim dövrlərdən erməni torpağı olduğunu sübut etməyə çalışıb. Ancaq ilk növbədə Qarabağın tarixən kimə məxsusluğu ilə bağlı bu polemikanın gedişində Azərbaycanın tamamilə haqlı olduğunu cənab İlham Əliyev isbat etdi. Bunun əksi olaraq Paşinyan ən müxtəlif istiqamətlərə, hətta qədim tarixə əl atıb nəyisə sübut etməyə çalışsa da, onun arqument kimi gətirmək istədiklərinin hamısı əleyhinə işlədi. Məsələn, dünya heç vaxt qəbul edə bilməz ki, real tarixdə mifik qəbul olunan Tiqran kimi dövlət başçısının dövründə guya bu regionda ermənilərdən və gürcülərdən başqa millət olmayıb. Bu barədə fikir ağ yalandır”.

A.Quliyev Paşinyanın Xocalı soyqırımı ilə bağlı yalanlarından da danışıb: “Xocalı soyqırımının azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı Ayaz Mütəllibovun dilindən uydurulan yalan tamamilə əsassızdır. Bunun cənab Prezident tərəfindən təkzib olunması çox inandırıcı bir formada özünü göstərdi. Eyni zamanda bütün dünya bilir ki, Ermənistanın keçmiş prezidenti Sarkisyan məşhur ingilis jurnalist Tomas Vaala verdiyi müsahibədə açıq-aşkar etiraf edir ki, azərbaycanlılar bizim Xocalıda bu dərəcədə fəlakət törədəcəyimizi gözləmirdilər, ancaq sübut etdik ki, biz buna qadirik. Bu da açıq şəkildə həmin cinayətin ermənilər tərəfindən törədilməsi deməkdir. Ümumiyyətlə, Qarabağ probleminin tarixi, bugünkü həll prosesi və dünya birliyinin bu mövzuya münasibəti məsələsində Azərbaycan Prezidenti daha üstün mövqe nümayiş etdirdi”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm