• USD 1,7000 0,00% EUR 1,8941 +2,18%
    • GBP 2,1182 +7,72% RUB 0,0215 +3,26%

Əliyev Paşinyanı ağır yumruqlara qonaq etdi və “nokaut” - Arşakyandan ŞOK

Əliyev Paşinyanı ağır yumruqlara qonaq etdi və “nokaut” - Arşakyandan ŞOK

Münhendə Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında biabırçı məğlubiyyəti Ermənistan mediasında ciddi rezonansa səbəb olub.

Publika.az
xəbər verir ki, erməni şərhçi Tevos Arşakyan Münhen məğlubiyyətindən sonra Paşinyanın tənqidçilərinin artdığını yazır.

Onun sözlərinə görə, Münhendə məzmunsuz, tutarsız və biabırçı nitqinə görə son 2 gündə Paşinyana “təpik vuran” qalmadı: “Bu biabırçılıq nəticəsində Paşinyanı təkcə rəqibləri yox, həm də dünənə qədər onun üçün yaxasını cıranlar da sərt tənqid edirlər. Hökumət başçısının tənqidçilər ordusu qar kimi artmaqda davam edir”.

Arşakyan erməni cəmiyyətinin dərin təəssüf içində olduğunu vurğulayıb.

“Vaxtilə xalq olaraq Sarkisyanın kriminal-oliqarx rejimindən xilas olmağımıza sevinirdik. Ümid edirdik ki, həyatımız yaxşılaşacaq, lakin 2 il ərzində heç nə dəyişmədi. Nə Ermənistanın daxilində, nə də beynəlxalq səhnədə heç nə ilə qürur duya bilmirik. Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB sammitlərində Paşinyan kölgədə qalır. Belə görünür ki, o, beynəlxalq meydançalarda özünü apara bilmir, axı beynəlxalq səhnə nə tərəfdarları önündə çıxış etdiyi Ermənistan, nə də hücuma keçdiyi sosial şəbəkə deyil. Münhen bunu bir daha təsdiqlədi. Və məsələ təkcə Əliyevin mükəmməl ingilis dili qarşısında Paşinyanın aksentlə danışması deyil. Nəticədə ingilis dili ana dilimiz deyil və bunun üçün tərcüməçilər var. Acınacaqlısı odur ki, Paşinyan Əliyevin hücumları qarşısında duruş gətirə bilmədi. Artıq politoloqlar danışır ki, Münhendə Nikol yazıq və köməksiz, Əliyev isə inamlı idi. Paşinyan dünyanın gözü önündə “Qarabağın öz müqəddəratını təyin etməsi” prinsipindən qətiyyətlə danışmalı idi, lakin bu olmadı. Əliyev faktiki olaraq, onu ağır yumruqlara qonaq etdi və budur, “nokaut”. Gülməlisi odur ki, Paşinyanı dəstəkləyən ekspertlər, jurnalistlər elə danışırlar ki, sanki Münhendə divara qısılan Əliyev idi. Onlar sadəcə gic kimi görünürlər. Bəlkə onlar düşünür ki, insanlar kordur və həqiqətin nə olduğunu bilmirlər?”, - Arşakyan bildirib.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR