İrəvan Bakı ilə razılaşıb, torpaqlar qaytarılır, 11 saat ərzində... - SENSASİON AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

İrəvan Bakı ilə razılaşıb, torpaqlar qaytarılır, 11 saat ərzində... - SENSASİON AÇIQLAMA

Hazırda Qarabağ konfliktinin tərəfləri fasilə götürüblər: bu, İrəvana öz daxili problemlərinin həlli, Bakıya isə qondarma Dağlıq Qarabağdakı “seçki”nin nəticələri üçün lazımdır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni mediasına deyib. Onun sözlərinə görə, Azərbaycan anlayır ki, hər şey onların planlarına uyğun getməsə, qondarma Qarabağın indiki rəhbərliyi torpaqların qaytarılması barədə sənədlərin imzalanmasına mane olacaq:

“Proses Bako Saakyan getdikdən sonra başlaya bilər. Mən düşünürəm ki, Paşinyanın İlham Əliyevlə Qarabağa dair razılaşması var. Hər şey xarici işlər nazirlərinin bağlı qapılar arxasında 11 saat davam edən görüşündə həll edilib. Bu vəziyyət bizə tərəflərin planı olmasıyla bağlı güman irəli sürmək imkanı verir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm