• USD 1,7000 0,00% EUR 1,8528 0,00%
    • GBP 1,9547 0,00% RUB 0,0208 0,00%

“İtaliya Azərbaycanın böyük ticarət və investisiya tərəfdaşıdır” - ŞƏRH

“İtaliya Azərbaycanın böyük ticarət və investisiya tərəfdaşıdır” - ŞƏRH

“Avropa İttifaqı ölkələri arasında İtaliya Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır”.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbərqəzetinin baş redaktoru Aydın Quliyev deyib.



Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın xarici siyasət maraqlarının həyata keçirilməsi üçün önəmli bir xarakter daşıyır: “Çünki İtaliya vacib və əhəmiyyətli bir Avropa ölkəsidir. Dünya siyasətində böyük nüfuzu var. Qarabağ probleminin həll olunması istiqamətində ilk mərhələdən başlayaraq bu günə qədər böyük rol oynayıb. Minsk qrupunun ilk həmsədri olub. Dünyanın inkişaf etmiş 7 böyük iqtisadiyyatından birinə malikdir. Həm qlobal, həm də regional siyasət məsələlərində Azərbaycanla İtaliyanın mövqeləri və baxışları üst-üstə düşdüyünə görə, bu ölkə ilə münasibətlərin hərtərəfli inkişaf etdirilməsi əhəmiyyətlidir. Birgə Bəyyanamədə də qeyd olunduğu kimi çoxcəhətli strateji tərəfdaşlığın dərinləşdirilməsi böyük bir perspektivə malikdir”.

A.Quliyev İtaliya və Azərbaycan arasında imzalanan sənədlərin vacibliyindən söz açıb: “Səfər çərçivəsində ikitərəfli əməkdaşlığı əks etdirən çoxsaylı sənədlər və çoxşaxəli strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı imzalanmış Birgə Bəyannamə məzmununa, müəyyən etdiyi perspektiv istiqamətlərə görə çox əhəmiyyətlidir. Ayrı-ayrı sahələr üzrə imzalanmış sazişlər həm İtaliya üçün, həm də Azərbaycan üçün ciddi əhəmiyyət kəsb edir. Avropa İttifaqı ölkələri arasında İtaliya Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. Eyni zamanda “Böyük Yeddilərin” içərisində hələlik yeganə ölkədir ki, Azərbaycanla hərtərəfli strateji əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı Birgə Bəyannamə imzalayıb. Bizim İtaliya ilə ticarət, investisiya və iqtisadi sahədə əməkdaşlığımızın böyük perspektivi var. İmzalanmış sənədlər bu gün Azərbaycanda artıq müxtəlif nailiyyətlər əldə edib. Bunlara nümunə kimi sənayeni, kənd təsərrüfatını, turizm, ticarət və deyə bilərik. Bundan başqa, enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir. Uzun illər Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub”.

Baş redaktor İtaliya və Azərbaycan arasında ticarət dövrüyyəsinin artan templə inkişaf etdiyini vurğulayıb: “Nəzərə almalıyıq ki, Azərbaycanda İtaliyanın çox böyük investisiyası, kapitalı var. Bu gün İtaliya və Azərbaycanın ticarət dövriyyəsi 6 milyarda yaxındır. Bunun demək olar böyük bir hissəsi Azərbaycandan İtaliyaya ixrac olunan malların hesabınadır. Bu gün İtaliya hökuməti açıq etiraf edir ki, bumeranq effektli investisiyaları artırmaq lazımdır. Azərbaycanda artıq İtaliyanın investisiyasının artırılmasından söhbət gedir. Bu, o deməkdir ki, İtaliyanın siyasi və iqtisadi rəhbərliyi, biznes dairələri Azərbaycan iqtisadiyyatında iştirakın gələcəyini görür və buna görə də bizim bazarda investisiya paylarını artırmaq haqqında düşünürlər. Bu il Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi üzrə işlərin tamamlanması nəzərdə tutulur. İtaliyada istehlak olunan neftin 17%-i ölkəmizin payına düşür. TAP layihəsinin icrası ilə bağlı Azərbaycan qazı İtaliya bazarına ixrac olunduqdan sonra bu rəqəm daha da artacaq. Cənub Qaz Dəhlizində Azərbaycan başlanğıc nöqtə, İtaliya isə yekun nöqtədir. Bununla belə Azərbaycan və İtaliya bu layihə vasitəsilə 5 ölkəni, nəticə etibarilə ümumilikdə 7 ölkəni, Xəzər, Aralıq və Adriatik dənizlərini birləşdirirlər. Bu layihə onilliklər ərzində ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edəcək”.

Aydın Quliyev Birgə Bəyyanamənin əhəmiyyətli bir müqavilə olduğunu qeyd edərək, sözlərinə belə davam edib: "Strateji əməkdaşlıqla bağlı bəyannamədə demək olar ki, bütün sahələr öz əksini tapıb. Xüsusilə, ilk dəfə İtaliya ilə Azərbaycan arasında hərbi-texniki və müdafiə sahəsində əməkdaşlığın artırılması bu bəyyannamədə öz əksini tapıb. Nəzərə alsaq ki, torpaqlarımız işğal altındadır, İtaliya hərbi sənayesinin Azərbaycan sektoru ilə birləşdirilməsi Qarabağ probleminin həlli sahəsində və eləcə də, ordumuzun gücləndirilməsində böyük effekt verəcək. Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin tanınması məsələsinin ifadə olunması isə olduqca böyük strateji əhəmiyyətə malikdir. Münhendəki məlum debatda Ermənistanın baş nazirinin açıq-aşkar məğlubiyyətindən sonra İtaliya kimi bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi mühüm amildir. Ümumən İtaliya və Azərbaycan arasında əməkdaşlıqda yeni səhifə açılır. Açılmaqda olan səhifə ölkəmizin dövlət və milli təhlükəsizlik maraqlarına cavab verir”.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR