Ermənistan Qazax istiqamətində niyə hücuma keçdi? – İşğalçı ölkənin MƏKRLİ PLANI
Bizi izləyin

Nida Təhlil

Ermənistan Qazax istiqamətində niyə hücuma keçdi? – İşğalçı ölkənin MƏKRLİ PLANI

Fevralın 24-də erməni hərbi birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətdi. Nəticədə, sərhədçi əsgər Vəliyev İbrahim şəhid edildi. Cavab atəşi nəticəsində işğalçı ordunun bir əsgəri məhv edilib, bir zabiti isə yaralanıb.

Publika.az
xəbər verir ki, İrəvanın hərbi eskalasiyanı zaman-zaman dövlət sərhədinə keçirmək cəhdləri müşahidə olunur. Ötən ilin iyulunda 10 gün ərzində iki dəfə ard-arda sərhəddə təxribata əl atması, sonrakı dövrdə məhz sərhəd bölgəsində atəşkəsi pozması Ermənistanın planları haqda ehtimallar yaradır.

Nəzərə alsaq ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə Dağlıq Qarabağda davam edir və hərbi gərginlik adətən cəbhə xəttində artır, o zaman, sərhəddəki gərginliyin mənbəyi xüsusi diqqət çəkir.

Ermənistanın zaman-zaman hərbi gərginliyi dövlət sərhədinə keçirməkdə məqsədi həm Qarabağ cəbhəsində vaxt qazanmaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi gərginliyə qoşulmasını təmin etməkdir. KTMT-nin nizamnaməsinə görə, təşkilat üzv ölkələrin sərhədlərinə müdaxilə zamanı müdaxilə etməlidir. İrəvan Azərbaycanla sərhəddə təxribat törədir və “Azərbaycanın hərbi müdaxiləsi” görüntüsü yaratmaqla KTMT-ni “fakt qarşısında” qoymağa cəhd edir. (Oxu: Ermənistan təxribat cəbhəsini dəyişir: sərhəd hücumlarının hədəfi).

Fevralın 24-də erməni hərbi birləşmələrinin dövlət sərhədində təxribata əl atması və Azərbaycan əsgərinin şəhid edilməsi də bu prosesin davamıdır.

Ermənistan mediasının son iki gündə apardığı “KTMT-nin nizamnaməsinə əməl etməməsi” haqda kampaniya da buna hesablanıb.

Erməni şərhçi Tevos Arşakyan iddia edir ki, sərhəddə hücumu Azərbaycan tərəfi təşkil edib və buna görə, KTMT məsələyə müdaxilə etməlidir.

“Bu hücum cəbhədə yox, dövlət sərhədində olub. Söhbət Ermənistanın dövlət sərhədindən gedir. KTMT-nin nizamnaməsinin 4 maddəsində qeyd olunur ki, “Əgər iştirakçı dövlətlərdən birinə dövlət, yaxud dövlətlər təcavüz edərsə, bu, təşkilatın bütün iştirakçı dövlətlərinə qarşı təcavüz deməkdir. Belə hallarda iştirakçı dövlətlər lazımi dəstəyi verəcək”. Sərhəddəki hücum Ermənistana yox, birbaşa KTMT-nin üzv dövlətlərinə qarşı edilib. Lakin KTMT susur, həmçinin, Moskva, Minsk, Nur-Sultan, Bişkek, Düşənbə də susur”, - erməni şərhçi yazır.

Göründüyü kimi, dövlət sərhədində təxribata əl atan Ermənistan KTMT-nin müdaxiləsi üçün mediada rəy formalaşdırmağa çalışır.

KTMT-nin susmasının səbəbi üzv ölkələrin müttəfiqləri Ermənistanla müqayisədə Azərbaycana daha çox yaxın olması, eyni zamanda, İrəvanın indiyə qədər dəfələrlə belə uğursuz cəhdlər etməsidir.

T.Arşakyan yazır ki, KTMT bu dəfə də Ermənistanı Azərbaycana satdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm