Nida Təhlil
NATO təcili toplandı: Türkiyə ilə bağlı hansı qərar veriləcək? - ŞƏRH
“Türkiyə bu gün NATO çərçivəsində keçiriləcək iclasda öz şərtlərini yenidən xatırladacaq”.
Bunu Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ehtiyatda olan polkovnik bildirib ki, Suriya prosesində Türkiyə ilk gündən öz mövqeyini və tələblərini ortaya qoyub: “Bu tələblər birinci növbədə sərhəd yaxınlığında olan əhalinin qorunması və Türkiyənin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Türkiyə bu məsələdə zənnimcə, tamamilə haqlıdır. Qardaş ölkənin son dönəmlərdə Rusiya ilə münasibətlərində yaxınlaşma müşahidə edilir. Onların münasibətlərinə mane olan qüvvələr mövcuddur. Həmin qüvvələrin səyi nəticəsində Suriyada toqquşmalar baş verir. Orada əsas təsiredici amil Rusiyadır. Bəşər Əsəd qüvvələrinin bütün silah və sursatı Rusiyaya aiddir.
Türkiyə NATO çərçivəsində keçiriləcək iclasda öz şərtlərini yenidən xatırladacaq, mövqeyini ortaya qoyacaq. Burada prioritet məsələ sülh yolu ilə proseslərin axara salınması və buna nail olunmasıdır. Bu, Türkiyə, Suriya və Rusiyanın maraqlarına sərf edir. Türkiyə ordusu güclüdür. Türkiyə Rusiya və ABŞ amilinə baxmayaraq istənilən nəticəni əldə edə bilər. Bu görüşün də nəticəsinin Türkiyənin xeyrinə olacağını düşünürəm. Hesab edirəm ki, bu iclas xəbərdarlıq xarakteri daşıyır”.
Məhərrəm Əliyev
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO